Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Könül Nəbizadə - Kiberhücuma məruz qalmamaq üçün şəxsi məlumatlarınızın konfidensiallığını qoruyun
Hazırda ən geniş cinayət növü-kibercinayətkarlıq və ya başqa sözlə ifadə etsək kompüter cinayəti, maliyyə cinayətləri və reklam fırıldaqlığı da daxil olmaqla geniş fəaliyyət spektrini əhatə edir- kompüter sistemlərinə və ya digər informasiya texnologiyaları şəbəkələrinə, cəmiyyətin informasiya təhlükəsizliyinə və kibermaraqlarına əhəmiyyətli ziyanın vurulması ilə xarakterizə edilən hərəkət və hərəkətsizlikdən ibarət transmilli cinayət əməlidir. Qloballaşma prosesi muasir cəmiyyətlərə müsbət və mənfi təsirləri ilə xarakterizə olunur. Əksər hallarda bu proses rəqəmsal texnologiyalardan istifadə etməklə hər kəsin rifahına pozitiv təsir etsə də, bir sıra məqamlarda isə İKT inkişaf etdikcə adekvat olaraq virtual məkanda kriminal elementlər də aktivləşir. Daha doğrusu, bu prosesdən oz cinayətkar məqsədləri üçün yararlanmaq və ya sui-stifadə etmək istəyən xüsusi kateqoriya şəbəkə kriminalları formalaşır. Ona gorə də, internetdən, elektron və rəqəmsal texnologiyalardan istifadənin, habelə kiberməkanın cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektlərinin öyrənilməsi dövrün tələbi kimi çıxış edir. Cəmiyyətdə yaranan yeni virtual münasibətlər sistemində, İnternetin, informasiya-kommunikasiya texnologiyalarının tərəqqisi beynəlxalq hüquqda beynəlxalq xarakterli və ya transmilli cinayətlərin yeni növünü – kibercinayətləri cəmiyyətin və hüququn mühüm elementinə çevirmişdir.
Müasir dövrdə hər bir dövlətin milli informasiya infrastrukturu qlobal sistemdə birləşmiş internet şəbəkəsi ilə sıx bağlıdır. Məhz buna görə də bu növ cinayətkarlıq dövlətin milli təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilib. Belə ki, bu növ cinayətkarlıqla mübarizə aparmaq çox vacibdir. Bu cinayətkarlıqla səmərəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində hüquqi tənzimləmə mexanizmləri hazırlanmalı və dünya birliyinin heç bir dövləti bu sahədə qəbul olunmuş standartlardan kənarda qalmamalıdır. Kibercinayətkalıqla mübarizə üzrə beynəlxalq hüquq normalarının ölkəmizin sahəvi qanunvericiliyinə tətbiqi sahəsində ilk qanunvericilik tədbiri kimi ölkəmizin Kibercinayətkarlıq haqqında Budapeşt Konvensiyasına qoşulmasını qeyd etmək olar.
Azərbaycan Respublikasında kibercinayətkarlıqla mübarizənin təşkilati-hüquqi əsasları Kibercinayətkarlıqla mübarizə, o cümlədən informasiya təhlükəsizliyi məsələsi bir çox dövlət orqanlarının birgə əlaqəli işini tələb edir. Bu sahədə fəaliyyətin həyata keçirilməsinin müxtəlif aspektləri ölkəmizdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Ədliyyə Nazirliyinə şamil edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində müvafiq dəyişikliklər həyata keçirilmiş və müvafiq maddələrində(271, 272, 273, 273-1, 273-2) kibercinayətlərin anlayışı geniş izah edilmişdir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması və kibercinayətkalıqla mübarizə ilə bağlı yuxarıda qeyd etdiyimiz kimi, çoxsaylı normativ hüquqi aktlar qəbul olunmuşdur ki, onların da əsas məqsədini bu sahəyə aid olan beynəlxalq hüquqi norma və prinsiplərin effektiv dövlətdaxili tətbiqinə nail olunması təşkil edir.
Ölkəmizdə kibertəhlükəsizliyin təmin olunması sahəsində mühüm addımlar atılmışdır. Prezident cənab İlham Əliyevin Fərmanına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nəzdində Kibercinayətkarlılqa Mübarizə Baş İdarəsi yaradımışdır və bu növ cinayətlərin artmasının qarşısının alınması uğurla davam etdirilməkdədir.
Könül Nəbizadə
“Qızıl qələm” mükafatı laureatı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB)
Azərbaycan kütləvi İnformasiya vasitələri işçiləri həmkarlar ittifaqının üzvü
Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş
Vətən naminə medalla təltif edilmiş
Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin fəxri üzvü.























































