Xəbər Lenti
Dünən, 10:00
Vətənə və dövlətə bağlı sahibkarlığın nümunəsi – Minera Group şirkətlər qrupunun təsisçisi və rəhbəri Xudaqulu Rzayev
30-07-2026, 21:59
Həkim Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar cavabsız qalır – rəsmi qurumların susqunluğu ictimai narahatlıq yaradır
30-07-2026, 10:00
Xudayar Rəhimov – Cəlilabadın yol təsərrüfatının inkişafına töhfə verən rəhbər, şəhid ailələri və qazilərin yaxın dostu
29-07-2026, 10:51
İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
"Özbəkistan Azərbaycana investisiya yatırmaqda maraqlıdır" - Ekspert
Ankarada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Özbəkistan xarici işlər naziri Bəxtiyor Saidov arasında görüş keçirilib.
Görüş çərçivəsində Azərbaycan-Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya aspektləri, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Bu görüşün Azərbaycan üçün iqtisadi əhəmiyyəti nədir?
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, son 4 ildə Azərbaycanla Özbəkistan arasında keçirilən intensiv görüşlərin sayı artmaqdadır:

"Burada ölkələr arasında əsas məsələ nədir? Birincisi, tranzit çox önəmli məsələdir. Biz həmişə Şərq-Qərb nəqliyyat dəhlizi danışırıq. Özbəkistan əhəmiyyətli ölkələrdən biridir və sürətlə inkişaf edir. Özbəkistanın özünün də ixracı əhəmiyyətli dərəcədə artır. Onun da öz yüklərinin Azərbaycan üzərindən Türkiyə və Avropaya ixracı da diqqət mərkəzindədir”.
Xalid Kərimli ölkələr arasında ən önəmli məsələlərdən birinin də ticarət olduğunu qeyd edib:
"Ölkələrin ticarət dövriyyəsinin artırılması gündəmdədir. Birgə İnvestisiya Fondu Azərbaycanla Özbəkistan arasında maraqlı olan layihələrin maliyyələşdirilməsidir. Bundan əlavə koorperasiya məsələləri də əhəmiyyətlidir. Son görüşdə Azərbaycan sahibkarları, daşınmaz əmlakın inkişafı, enerji sahəsində Özbəkistana investisiya qoyulması, eyni zamanda Özbəkistan sahibkarlarını Azərbaycana investisiya yatırması, xüsusən də pambıqçılıq və toxuculuq sahəsi onlarda yaxşı inkişaf edib. Özbəkistanın avtomobilqayırma istiqamətində yaxşı təcrübəsi var. Müxtəlif markalı maşınları yaxşı istehsal edir. Bu sahələr üzrə sahibkarların birgə layihələri həyata keçirilə bilər”.
Bahar Rüstəmli























































