Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını göstərir”
Bu gün Azərbaycanda “sükut günü”dür
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar bu gün Azərbaycanda "sükut günü”dür.
"Report" xəbər verir ki, bələdiyyə seçkiləri ilə əlaqədar bu gün seçkiqabağı təşviqat aparıla bilməz.
Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.
Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
"Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatıb.
Bu günü qeyri-rəsmi olaraq "sükut günü” də adlandırırlar.
Qeyd edək ki, yanvarın 29-da keçiriləcək seçkilərlə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq.






















































