Zaqatala səhiyyəsinin inkişafına həsr olunmuş ömür: Əfsələddin Buğayevin nümunəvi fəaliyyəti
Təhsilin inkişafına həsr olunan ömür: Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva
Paytaxtın abadlığına xidmət edən nümunəvi rəhbər: Binəqədi rayon MKTİB-nin rəisi Elmin Zamanov
Qanunun keşiyində dayanan nümunəvi rəhbər: Nərimanov Rayon DYP şöbəsinin rəisi Hüseyn Əliyev
Xəyalə İmanova: “Akademik Zərifə Əliyeva – Azərbaycan oftalmologiya elmini dünyada tanıdan böyük alim”
Günay Muradova: “Azərbaycan oftalmologiyasının dünya səviyyəsində tanınmasında Zərifə Əliyevanın misilsiz rolu”
Uğurlu idarəçilik və sosial məsuliyyət nümunəsi – “Xaliq Faiqoğlu” MMC-nin Baş direktoru Faiq Seyidov
İnsanlığa həsr olunan ömür – Zərifə Əliyeva irsinin işığında, Vahidə Turabovanın vətəndaş mövqeyi
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
İcbari tibbi sığorta ilə 2932 sayda varikosel əməliyyatı icra olunub
Varikosel (damar genişlənməsi) xaya venalarının toxum ciyəsində genişlənməsidir. Normal vəziyyətdə venoz damarlar qanı xayadan geri aparan damarlardır və öz funksiyasını düzgün yerinə yetirmədikdə genişlənir və qanın ləngiməsi yaranır. Xayalıqda, əsasən sol tərəfdə dəri altında genişlənmiş damarlardan ibarət kələf görünür. Bu hadisə prinsip olaraq ayaqlarda görünən venaların varikoz genişlənməsi halı ilə eynidir. Varikoselə əsasən 15-30 yaş arası gənclərin 15-20%-də rast gəlinir.
Sözügedən xəstəliyin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il Xidmətlər Zərfi çərçivəsində 2932 sayda varikoselektomiya əməliyyatı icra olunub.
Varikosel müayinə zamanı gözlə görülə bilir və ehtiyac olan hallarda xayaların doppler ultrasəs müayinəsi aparılır. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda isə iki tərəfli olur. Varikosel zamanı xəstələr xayalıqda, əsasən sol tərəfdə dəri altında genişlənmiş damarlardan, küt ağrıdan, ağrının qasıq nahiyəsinə ötürülməsindən, fiziki aktivlik zamanı ağrıların artmasından şikayətlənirlər. Varikoselektomiya əməliyyatına tibbi göstərişlər bunlardır: xaya ölçülərinin kiçilməsi, spermotozoidlərin miqdarının və hərəkətliliyinin azalması, xayalarda olan ağrı. Varikosel kişilərdə sonsuzluğun əsas səbəblərindən biri olaraq qəbul edilir.
Əməliyyat öncəsi ixtisaslı həkim müayinəsi, laborator və instrumental müayinələr, reanimasiya və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.
Varikosel əməliyyatı nəticəsində genişlənmiş damarlar bağlanaraq kəsilir. Əməliyyatdan sonra bir çox kişilərdə sperma keyfiyyəti yaxşılaşır (təxminən 3-6 ay ərzində), nəticədə nəsilartırma qabiliyyəti artır, varikosel səbəbindən əvvəl müşahidə olunan ağrılar azalır və ya tamamilə yox olur.
Əməliyyatdan sonra xəstələr bir neçə gün istirahət etdikdən sonra normal həyat tərzinə qayıdırlar. Buna baxmayaraq bir müddət ağır fiziki işlərdən çəkinməlidirlər.
İcbari tibbi sığorta ilə sözügedən əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.























































