31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Y E N İ N Ə Ş R
Tanınmış yazıçı-publisist, jurnalist, filoloq-pedaqoq Səyadulla Kərimlinin çoxdandır ki, üzərində çalışdığı, kiçik yaşlı məktəblilər ücun yazdığı şeir, hekayə, nağıl və tapmacalar toplanmış "Balalara töhfə"si (redaktor: Tapdıq Əlibəyli ) bu günlərdə Qanun Nəşrlər Evində işıq üzü görüb. Bu münasibətlə müəllifi - sevimli müəllimim, dostumu axarlı uğurlar diləyilə təbrik edirəm!
Cəmiyyətin sabahı, gələcəyimiz olan uşaqlara ünvanlanan bu kitabda müəllif "balaca dostlar"ını həmsöhbət olmağa dəvət edir:
SALAM, BALACA DOSTLAR!
Kim yatıb, kim oyaq?..
Yəqin həmişəki kimi deyəcəksiniz ki, hamı yatıb, Cırtdan oyaq!
Cırtdan nə üçün oyaq?..
Bax bu suala cavab tapmaq üçün gərək əlinizə aldığınız bu kitabı
səliqə ilə vərəqləyib, diqqətlə oxuyasınız. Onda görəcəksiniz ki, burada
sizi çoxlu-çoxlu maraqlı şeir, hekayə, nağıl, tapmaca gözləyir. Onların
köməkliyi ilə siz sehrli dünyamızın hər yerinə səyahət edəcək, tənbəl
Dadaşdan tutmuş, qoçaq Qaya, lovğa Elxan, çoxbilmiş Ayan, Jalə,
Nərmin, Vüqar, Yağmur və digər uşaqlarla tanış olacaqsınız. Siz
burada həm də sinəsiağ qaranquşla, uzunquyruq siçanla, hiyləgər
tülküylə, gözləri fanar kimi alışıb-yanan canavarla, özündənrazı şirlə
rastlaşacaqsınız. Əlbəttə, bu işdə mən – Cırtdan da sizə qoşulacaq, sizə
yol yoldaşı olacağam.
Mən nə yerdəyəm, nə göydə. Nə uzaqdayam, nə yaxında. Amma hər
şeyi görürəm, hər şeyi bilirəm. Axtarsanız, ünvanımı bu kitabı sizlərə
hədiyyə edən yazıçı-publisist Səyadulla Kərimlidən soruşun...
Tapdıq ƏLİBƏYLİ























































