“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” adlı panel müzakirəsi keçirilib
İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.
Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Lənkəranda döyülən QAZİLƏRİN məhkəmə işi nə yerdədir?
Mediatv.az saytının sadiq oxucuları xatırlayarlar, 2023-ci ilin dekabr ayında Lənkəran rayonunun Parakənd kəndi ərazisində yerləşən, hazırda ABŞ-da yaşadığı bildirilən Astara rayonun Pensər kənd sakini Əliyev Novruz Vaqif oğluna məxsus olduğu bildirilən “Ceyranbulaq” restoranında 6 nəfər Qarabağ qazisinin istehlakçı hüquqlarından istifadə edərək xörəyin keyfiyyətinə görə irad tutduqlarına görə restoran sahibinin qohumu, həm də administrator işləyən Rəşad Həsənov və onun qoluzorlu tanışları tərəfindən döyülmələri barədə məlumat vermişdik. Həmçinin, baş vermiş kütləvi dava və həmin insident nəticəsində Qarabağ qazilərindən ikisinin – ehtiyatda olan zabit, 2-ci qrup müharibə əlili Murad Rəhimovun və Nurlan Nəcəflinin xəstəxanaya yerləşdirilməsi, digərlərinin yüngül xəsarət alması faktı ictimailəşdirilmişdi. Sonradan Murad Rəhimov “Tik-tok” sosial şəbəkəsindəki səhifəsində paylaşım edərək, bildirmişdi ki, ona tibbi yardım göstərildiyi Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Patoloji Anatomiya Mərkəzinə təqdim etmək məqsədilə aldığı 13 dekabr 2023-cü il arayışla təsdiqlənın “gözünün və göz yuvasının travması, kəllənin və üz sümüyünün sınığı diaqnozu” qoyulub, Nurlan Nəcəflinin isə əlinin əzildiyi təsdiqlənib. Zərərçəkmiş qaziləri narahat edən məsələlərdən biri də bu idi ki, Vətən uğrunda sağlamlığını itirmiş qaziləri şil-küt edənlər görəsən lazimi cəzasını alacaqlarmı?
Bu günlərdə qazi Murad Rəhimov yenidən redaksiyamıza müraciət edərək buildirib ki, Lənkaran rayon Polis şöbəsi tərəfindən araşdırması başlanılmış iş hazırda məhkəmədədir.Dövlət ittihamçısı məsələyə obyektiv yanaşaraq, irəli sürdyü ittihamda restoran administratorunun 1 il 6 ay müddətinə həbs olunmasını, zərərçəkənlərə vurulmuş ziyanın qarşılığının ödənilməsini və qazilərin müalicəsini tələb edib.Murad Rəhimov bildirir ki, gözünün və göz yuvasının travması, kəllənin və üz sümüyünün sınığından indi də əziyyət çəkir.Aldığı zədə nəticəsində indi də qulağından tez-tez qan gəlir.Son 9 ayda müalicəsinə on iki min manatdan çox pul xərcləyib.
Xəsarət almış qazilər inanır və çox böyük ümid bəsləyirlər ki,məhkəmə prokurorluğun zərərçəkən tərəfi qane edən ittiham aktını ədalətli bilib dəstəkləyəcək və ədalətli qərar qəbul edəcəkdir.
Mediatv.az























































