İSMAYIL ZALOV: “İNSAN HÜQUQLARINA HÖRMƏT EDƏK, QANUNLARI POZMAYAQ, AZADLIĞIMIZIN QƏDRİNİ BİLƏK”
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalov Ankara Ədalət Məhkəməsində mühüm hüquqi uğura imza atdı – Türk dövlətlərinin vətəndaşı Əhməd azadlığına qovuşdu
31 ilin həsrəti sona çatdı – Şəhid Mais Mirzəcanov adına Yuxarı Nüvədi məktəbinin 1995-ci il məzunlarının unudulmaz görüşü
Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
Pedaqoq, şair Razim Hacıyevin (Göyçəli) "Türk Kültür-Türk Yatırım" kanalına doğma eli Göyçə haqqında müsahibəsi
Razim Hacıyev (Göyçəli), pedaqoq və şair kimi həm elinə, həm də türk dünyasına bağlı bir ziyalıdır. Onun "Türk Kültür-Türk Yatırım" kanalına verdiyi müsahibə doğma yurdu Göyçə mahalının gözəlliklərini və tarixini dərindən hiss edən bir insanın ürək sözləri ilə zəngindir. Müsahibəsində Razim Hacıyev Göyçənin təbiət möcüzələri, mavi suları ilə tanınan gölləri, yaşıl yamacları və bu torpaqda doğulub-böyüyən insanların saf ruhundan bəhs edib.
Razim müəllim Göyçə mahalını Azərbaycanın tarixində və mədəniyyətində xüsusi yer tutan bir bölgə kimi xarakterizə edib. O, bu ərazidə yaşayan insanların qədim türk köklərinə bağlılığını, onların adət-ənənələrinin və milli kimliyinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, Göyçənin tarixi, mədəni irsi və bənzərsiz təbiəti ilə bölgənin həm yerli, həm də türk dünyasının diqqətində olmasının zəruriliyini qeyd edib.
Razim Hacıyev müsahibəsində Göyçə mahalının itirilmiş torpaqlar sırasında olmasından dərin kədərlə danışaraq, gec-tez doğma yurda qayıtmaq arzularını dilə gətirib. O, bu qayıdışın yalnız bir torpaq məsələsi olmadığını, həm də milli birliyin, tarixi ədalətin və gələcək nəsillərə miras qalacaq böyük bir mədəni irsin bərpası olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər bir azərbaycanlı bu məram uğrunda birlik nümayiş etdirməli, milli dəyərləri qoruyaraq gələcəyə ümidlə baxmalıdır.
Bu müsahibə yalnız bir şəxsin deyil, bütün Göyçə mahalı sakinlərinin vətən sevgisini, doğma torpağa olan bağlılığını ifadə edən bir çağırışdır. Razim müəllimin Göyçə haqqında arzuları və fikirləri hər birimiz üçün milli dəyərlərin qorunmasında bir nümunədir.
Ətraflı video sujetdə:























































