Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
AHİK üzvü Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi ADAU-da görüş keçirib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin rəhbərliyi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti ilə görüşüb.
Görüşdə sahə həmkarlar ittifaqlarının 2024-cü ildə gördüyü işlər barədə məlumat verən Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov qurumun fəaliyyət istiqamətləri üzrə əldə olunan nəticələri diqqətə çatdırıb. O, aqrar sektorda fəaliyyət göstərən müəssisə və təşkilatlarda əmək münasibətlərinin mövcud qanunvericiliyə uyğun qurulması, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələri qeyd edib.
Sonra tədbirdə ADAU Həmkarlar ittifaqı komitəsinin təsis yığıncağı keçirilib, komitənin tərkibi formalaşıb, yeni sədr seçilib. ADAU Həmkarlar ittifaqı komitəsinin yekdil qərarı ilə qurumun Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin tərkibinə keçməsi barədə qərar qəbul olunub. Həmçinin ADAU Tələbə həmkarlar ittifaqının yenidən formalaşdırılması ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.


























































