İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
“Auto Azərbaycan”dan müştərilərə yaxın yeni ünvan - “Hyundai” Servis Mərkəzi artıq Yasamalda!
Geniş Diler Şəbəkəsi ilə “Hyundai” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Auto Azərbaycan” müştərilərinə daha yaxın olmaq və onların avtomobil qayğılarını asanlaşdırmaq üçün Yasamalda yeni və müasir bir Servis Mərkəzi istifadəyə verdi. Yeni Servis Mərkəzində “Hyundai” avtomobil sahiblərinin hər zaman etibar edə biləcəyi, sürətli və keyfiyyətli xidmətlərin əlçatanlığını təmin etmək mümkün olacaq.
Açılış mərasimində çıxış edən “Auto Azərbaycanın rəhbəri Emil İsmayılov bu yeni filialı “Hyundai Azərbaycan”ın uğurlarından biri kimi dəyərləndirdi. O, çıxışında bildirdi ki:
“Auto Azərbaycan” olaraq, müştərilərimizin rahatlığını və məmnuniyyətini daim ön planda saxlayırıq. Bu yeni Yasamal Servis Mərkəzi müasir texnologiyalarla təchiz edilib və yüksək keyfiyyətli xidmət təqdim edəcək. Bizim məqsədimiz “Hyundai” avtomobili sahiblərinə daha yaxın olmaqdır”.
“Hyundai” Yasamal Servis Mərkəzində həm zəmanəti olan, həm də zəmanət müddəti bitmiş avtomobilləriniz üçün geniş çeşiddə xidmətlər təklif olunur. Müasir avadanlıqlar, peşəkar ustalar və yalnız orijinal ehtiyat hissələrinin istifadəsi mərkəzi fərqləndirən əsas xüsusiyyətlərdəndir.
“Hyundai” Yasamal Servis Mərkəzi ən son texnoloji avandanlıqlarla təchiz edilmişdir. Mərkəzdə son nəsil Amerikan standartlı razval-balans cihazları, müasir diaqnostika avadanlıqları ilə avtomobilin dəqiq texniki vəziyyəti tam yoxlanılır. Kondisionerlər üçün xüsusi freon qazı doldurma qurğuları mövcuddur. Servis mərkəzində 9 ədəd lift quraşdırılmışdır ki, bu da avtomobilinizin təmir və qulluq prosesini daha sürətli edir, 9 avtomobilə eyni zamanda qulluq göstərilə bilir.
“Hyundai” üzrə ixtisaslaşmış və uzun illərin təcrübəsinə sahib mütəxəssislər - peşəkar usta heyəti avtomobilinizə hər zaman etibar edə biləcəyiniz qayğı göstərir. Mərkəzdə avtomobilinizin uzunömürlü və təhlükəsiz fəaliyyəti üçün yalnız “Hyundai”ın rəsmi ehtiyat hissələri istifadə olunur.
Təklif Edilən Xidmətlər:
Yağ dəyişmə
Mühərrik təmiri
Sürətlər qutusu təmiri
Elektrik işləri
Diaqnostika
Razval-balans
Kondisioner freon qazının doldurulması
Ünvan: Bakı şəhəri, Akim Abbasov 13A
Telefonlar:
Servis: 055-313-26-26
Ehtiyat hissələri: 055-314-26-26
Müştərilərinə hər zaman xüsusi diqqət göstərən Auto Azərbaycanın dəstəyi ilə “Hyundai” avtomobil sahibləri üçün rahatlıq və keyfiyyət artıq çox yaxındır! Gəlin, avtomobilinizə doğru servisə etibar edin.

























































