Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Şamaxıda da anım mərasimi keçirildi - Fotolar
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərində anım mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Şamaxı Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq mühafizə orqanları və ictimaiyyət nümayəndələri iştirak edib.
Öncə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının ruhlarına dualar oxunub, rayon rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulub.
Daha sonra Qanlı Yanvar faciəsində şəhid olmuş rayon sakinləri Məmmədov Vidadi Üzeyir oğlu və İsrayılov Ağanəzər Araz oğlunun Şamaxı şəhərinin Yeddi Günbəz və Laləzar qəbiristanlıqlarındakı məzarları ziyarət edilib və ailələrinə başsağlığı verilib.
Anım gününə həsr olunmuş dəyirmi masada çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov, şəhid anası Güllü Babaşova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Hacı Mərəhməd Mustafayev və digərləri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar faciəsinin bəşəriyyət tarixində ən faciəli günlərdən biri olduğunu vurğulayaraq Azərbaycan xalqına, dinc, silahsız insanlara qarşı həyata keçirilən hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildiriblər.
Saat 12:00-da respublikanın hər yerində olduğu kimi Şamaxı rayonunda da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq nəqliyyatın və piyadaların hərəkəti bir dəqiqəlik dayandırılıb, dövlət bayraqları endirilib.
























































