Menu
Xəbər Lenti
Zelenski Türkiyədədir
Dünən, 08:59

Zelenski Türkiyədədir

Yadigar Muradov vəfat etdi
18-11-2025, 09:28

Yadigar Muradov vəfat etdi

APA-nın 21 yaşı olur
16-11-2025, 08:33

APA-nın 21 yaşı olur

Toral millidən çıxarıldı
15-11-2025, 07:56

Toral millidən çıxarıldı

20 Yanvar 2025 15:25Manşet / Cəmiyyət

19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC direktoru Nazim Eynallı və kollektivi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şamaxıda anım mərasimində iştirak ediblər

 

Bakı, 20 Yanvar — Azadmedia.az

20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə bölgələrdə müxtəlif səpkili tədbirlər təşkil olunub. Həmin tədbirlərdə 20 Yanvarın Azərbaycanın yeni tarixində yeri, 1990-cı ilin yanvarında baş verən hadisələrin xalqımızın milli özünüdərkində və milli istiqlal yolunda rolu vurğulanıb, sovet hərb maşınının həmin günlərdə dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən ətraflı söz açılıb.

Həmçinin 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şamaxı şəhərindəki Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Azadmedia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı və kollektivi də Şəhidlər xiyabanını ziyarət edib, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

Belə ki, 19 Saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallı və kollektivi tərəfindən Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, faciə qurbanlarının ruhlarına dualar oxunub, burada ucaldılmış xatirə abidəsinin önünə əklil qoyulub.

Eyni zamanda, Bakı vaxtı ilə saat 12:00-da Şamaxı rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




www.AzadMedia.az