Quba Yol Təmir və İstismar İdarəsinin rəisi İlham Cəbrayılovun 65 illik yubileyi münasibətilə təbrik
“Qəhrəman analarının gələcək nəsillərə Zəfər ismarıcları”: “Qayğı və Himayə” Xeyriyyə Fondunun layihəsi
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Aqrar sahədə uğurun ünvanı: “CasaAgro”nun rəhbəri Hüseynov İbrahim Cavid oğlu nümunəvi sahibkarlıq yolu
İsmayıl Zalovun Baku Expo Center-də fəal iştirakı və aqrar sahədə beynəlxalq əməkdaşlıq müzakirələri
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
O da anası ilə birgə ağır cəza almışdı - İlin məşqçisi seçildi
Dünən gənclər və idman nazirinin müavini vəzifəsindən azad olunan Mariana Vasileva ilə yanaşı qızı, Azərbaycan gimnastika millisinin baş məşqçisi Siyana Vasileva da Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası tərəfindən ağır cəza alanlar siyahısındadır.
“Qafqazinfo” xəbər verir ki, S.Vasileva da idmançılara qarşı zor tətbiq etməkdə günahlandırılır.
Azərbaycan bədii gimnastika millisinin baş məşqçisi olan S.Vasileva 18 ay müddətinə diskvalifikasiya olunub. O, Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bayrağı altında keçirilən yarışlarda heç bir millinin baş məşqçisi kimi iştirak edə bilməz.
.jpg)
Azərbaycan gimnastika millisində işləyən məşqçi Evgeniya Vilyaeva da cəza alanlar sırasındadır. Siyana Vasilevanın köməkçisi 12 ay diskvalifikasiya olunub.
Maraqlıdır ki, Siyana Vasileva 2022-ci və 2024-cü illərdə Azərbaycanın ən yaxşı qadın məşqçisi seçilib. FİG və GEF-in araşdırmalarının nəticələrini nəzərə alsaq, S.Vasilevanın iki dəfə ilin ən yaxşı qadın məşqçisi olması suallar doğurur. Necə olur ki, Azərbaycan gimnastlarına qarşı zor tətbiq edən məşqçilər bu mükafata layiq görülür? Təəccüblüdür ki, GEF İntizam Komissiyası dekabrın 31-də Siyana Vasileva haqqında qərar çıxarır və onu diskvalifikasiya edir. Lakin üstündən bir həftə keçməmiş o, Azərbaycanda ilin ən yaxşı qadın məşqçisi kimi mükafatlandırılır. Bəllidir ki, ilin ən yaxşıları nazirlik tərəfindən deyil, səsvermə əsasında seçilib. Amma bu cür ağır qərardan sonra səsvermə olsa belə, onun adı siyahıdan çıxarıla bilərdi.
Siyana Vasileva ilə bağlı ikinci diqqətçəkən məqam onun 2022-ci ildə ilin ən yaxşı qadın məşqçisi seçilməsi idi. Həmin vaxt heç bir ciddi uğuru olmayan xanım məşqçi mükafat almışdı. Bu il isə ən yaxşılar siyahısında olmasına səbəb Paris Yay Olimpiya Oyunlarında iştirakı və komandasının 5-ci yeri tutması idi. Lakin istənilən halda idmançılara qarşı yaxşı davranış uğurlardan öndə gəlir.
.jpg)
Xatırladaq ki, nazir müavini vəzifəsindən azad edilən Mariana Vasileva Azərbaycan gimnastika yığmasının üzvlərinə qarşı zor tətbiq etməkdə günahlandırılaraq diskvalifikasiya olunub.
GEF İntizam Komissiyası onu 8 il müddətində Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.
Həmçinin, o, bundan sonra FİG yarışlarında mübarizə apara biləcək millilərdən heç birinin baş məşqçisi ola bilməz. Bununla da M.Vasileva baş məşqçi kimi ömürlük diskvalifikasiya alıb.
2019-cu ildə FIG tərəfindən Mariana Vasilevaya verilən “Fəxri Təlimçi” diplomu geri götürüləcək.
.jpg)























































