Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
“Hamı həqiqəti bilmək istəyir...”
“Azərbaycan Hava Yolları”na məxsus AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində vətəndaşları həlak olan və ya yaralanan bütün ölkələr təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı həqiqəti bilmək istəyir”.
“Qafqazinfo” “İzvestiya”ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
“Mən bilirəm ki, təkcə yaxınlarını itirdiyinə görə faciənin iştirakçısı olanlar deyil, hər bir Azərbaycan vətəndaşı həqiqəti bilmək istəyir. Deyə bilərəm ki, bizim ölkənin (Rusiya Federasiyasının) də bu həqiqətə ehtiyacı az deyil. Həqiqəti tapmaq üçün səyləri birləşdirməliyik”, - deyə o, əlavə edib.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.























































