Xəbər Lenti
Bugün, 15:32
MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
Bugün, 12:58
Anar Cəfərov – Yol hərəkəti təhlükəsizliyinə məsuliyyətli və peşəkar yanaşmanın nümunəsi
Bugün, 12:48
Əhməd Məmmədov – “İsti-isti” kulinariyanın uğurunda zəhməti və peşəkarlığı ilə seçilən rəhbər
Bugün, 12:27
Mehriban Əliyeva – Dövlətçilik missiyasına sədaqət və Prezident İlham Əliyevin etibarlı silahdaşı
Dünən, 21:32
Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Dünən, 21:18
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
Dünən, 15:48
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
İran Azərbaycanla münasibətində hansı dəyişiklik edəcək? (ŞƏRH)
"İranın ciddi ehtiyacının olduğunu nəzərə alsaq, Bakıya olan bu səfərlər və aparılan danışıqlar Tehranın Cənubi Qafqaz siyasəti və Azərbaycanla münasibətlərində müəyyən korrektlər edəcəyinə ümid etməyə əsas verir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianla görüşü fonunda Bakı ilə Tehran arasında münasibətlərin gələcək perspektivləri barədə danışarkən deyib.
Vüqar Zifəroğlu bildirib ki, Azərbaycan hər zaman qonşu ölkələrə münasibətdə birmənalı şəkildə dost münasibət sərgiləyib:

"Dövlətimiz mehriban qonşuluq prinsiplərinə sadiq ölkədir. Prezident İlham Əliyev televiziya kanallarına verdiyi müsahibəsində İranla bağlı fikirlərini qeyd etdiyi zaman münasibətlərin belə olmamalı olduğunu təəssüf hissilə bildirirdi. Regionda inkişaf və sabitliyi təmin etmək üçün təklif etdiyimiz formatlar da var. Azərbaycanın üçtərəfli formatlarda, Azərbaycan-Rusiya-İran, o cümlədən, Azərbaycan-Türkiyə-Gürcüstan platformalarında iştirakı regionda dialoq və inkişafın əsas alətlərindən biridir".
Ekspert qeyd edib ki, Tehran Azərbaycanla münasibətlərinə müəyyən korrektlər etməlidir:
"Son bir gündə İran tərəfindən Bakıya edilən səfərlər və aparılan danışıqlar Tehranın həm Cənubi Qafqaz siyasətinə, həm də Azərbaycanla münasibətlərinə müəyyən korrektlər gətirəcəyinə ümid etməyə əsas verir. İran tərəfinin buna ciddi ehtiyacı var. Münasibətlərdə bir problem varsa, İran ciddi şəkildə korrektlər edərək, siyasətinə yenidən baxmalıdır".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edərkən bildirilib ki, yaxın gələcəkdə Azərbaycanla İran arasında hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək. İclas çərçivəsində dövlət başçıları tərəfindən qeyd olunan konkret layihələrin müzakirəsi baxımından əlverişli imkanın olacağına ümidvarlıq ifadə edilib.
Rüfət Sultan























































