Xəbər Lenti
Dünən, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Dünən, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
16-10-2026, 09:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
15-10-2026, 18:13
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Pezeşkianın xarici siyasətdə prioriteti Yaxın Şərqdir: Bəs Azərbaycan?
"Məsud Pezeşkianın da xarici siyasətində əsas prioritet birmənalı şəkildə Yaxın Şərq regionudur".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İranın yeni prezidenti Məsud Pezeşkianın xarici siyasətdə atdığı ilk addımlarını şərh edərkən deyib.
"Pezeşkianın soyadına çoxları bəlkə də fikir verməyib. Onun soyadı farsca "həkim" deməkdir. Özü də həkimdir. Adətən bu cür təvafüqlər dərin dövlətlərin hazırladıqları və yetişdirdikləri şəxslərdə olur. Ona görə açıq şəkildə görünən odur ki, Pezeşkian ilk növbədə İranın maraqlarına xidmət edən addımlar atacaq. Bu gün Tehranın maraq dairəsi əsasən Yaxın Şərqdir, İraq, Suriya, Livan və Fələstindəki iştirakdır. İranın bu ərazilərdən getməsi dünya siyasətindən getməsi deməkdir. Ona görə Pezeşkian da xarici siyasətində məhz bu istiqaməti əsas götürəcək", deyə Azər Hüseynov bildirib.

Azərbaycanla münasibətlərə gəlincə, həmsöhbətimiz düşünür ki, Pezeşkian bürokratik aparatda islahatlar aparmalıdır:
"Azərbaycana yönəlmiş erməniyönlü bəyanat verənləri uzaqlaşdırmalıdır. Azərbaycan getdikcə güclənir və ona görə də istifadə müddəti bitmiş, Ermənistanı himayə edən dairələr İranda zərəsizləşdirilməsə, bu, Tehranın öz ziyanına işləyəcək".
Ekspert qeyd edir ki, İranın Ermənistan siyasətində də dəyişikliyin olması zəruridir:
"Çünki əslində, İranın şimaldan gözlədiyi Qərb təhlükəsi Azərbaycandan qaynaqlanmır. Bu təhlükə getdikcə Qərbə daha çox meyil edən Ermənistandan qaynaqlanır. Ermənistan bu və ya digər şəkildə bir gün İranı Qərbə "satacaq". İran Cənubi Qafqazla bağlı diplomatik fəaliyyətində dəyişikliklər etməlidir".
İranda seçilən yeni prezident Məsud Pezeşkian ilk addımları göstərir ki, ölkənin xarici siyasi kursu dəyişməyəcək. Belə ki, Pezeşkian Rusiya ilə münasibətlərə müsbət yanaşıb. Qonşularla da normal münasibətlər qurulmasının tərəfdarı olduğunu bəyan edib. Qərbə münasibətdə isə əvvəlki prezidentlərin yürütdüyü siyasəti yürüdür.
Rüfət Sultan






















































