4 milyona görə həbs edilən birjaçı tanış çıxdı - Alışanovun qardaşı oğlu, Elarizin kürəkəni…
Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artması hansı effekti verəcək? (AÇIQLAMA)
Vətənpərvər iş adamı Zamin müəllim dövlətə və dövlətçiliyə sadiq insandır. Prezident cənab İlham Əliyevin siyasətini dəstəkləyir.
“Konstitusiya və Suverenlik İli” beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcək
Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu Əlixan Şirinov dövlət və dövlətçiliyə sadiq insandır
Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri, professor Samir Vəliyev: “Təhsil millətin gələcəyidir”.
Hər bir millətin tərəqqisi, mədəniyyətə, elmə və təhsilin inkişafına böyük önəm verməklə mümkün olur. Bu prinsiplərə sadiq qalan şəxslər arasında professor Samir Vəliyev özünə xas yer tutur. O, təhsil sahəsindəki nailiyyətləri, ictimai-siyasi fəaliyyəti və Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqliyi ilə tanınan bir şəxsiyyətdir. Professor Samir Vəliyev dəfələrlə çıxışlarında vurğulamışdır ki, "Təhsil millətin gələcəyidir", və bu prinsip onun hər addımında önə çıxır.
Professor Samir Vəliyevin fəaliyyətinin əsas prinsiplərindən biri Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiqlikdir. Heydər Əliyev Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi və xalqın rifahı üçün müsbət dəyişikliklərə imza atmışır. Onun təhsilə verdiyi dəyərə professor Samir Vəliyev hər zaman örnək götürmüşdür. Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ideyasını öz çıxışlarında vurğulayan Samir Vəliyev, bu yolda səylərlə çalışır.
Professor Samir Vəliyev prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti tamamilə dəstəkləyir. Prezident İlham Əliyevin siyasətinin əsasında təhsil, elm, texnologiya və mədəniyyətin inkifaşı dayanır. Bu siyasətə uyğun olaraq Samir Vəliyev öz fəaliyyətini daha da şəffaf və effektiv şəkildə qura bilməyi bacarmışdır. Onun sözlərinə görə, dövlət siyasətinin təməl prinsiplərinin çıxış nöqtəsi xalqın rifahıdır.
Professor Samir Vəliyevin təhsil sahəsindəki nüfüzlu fəaliyyəti “Odlar Yurdu” Universiteti ilə yaxından əlaqəlidir. Universitet onun rəhbərliyi altında çoxsaylı nailiyyətlər qazanıb. Universitetin Müşahidə Şurasının sədri kimi, Samir Vəliyev məzunların beynəlxalq aləmdə tanınması, ölkə daxilində və xaricində müvafiq ixtisaslara sahib olmaları üçün əlindən gələni edir. Universitetin müasir texnologiyalarla təchiz olunması, yeni proqramların tətbiqi və elmi-tədqiqat sahələrində nümunəvi fəaliyyət, onun uğurlarındandır.
Samir Vəliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəsilin təlim-tərbiyəsi və onlara vətənpərvərlik ruhunun aşılanmasıdır. O, təhsilin sadəcə elm ocaqlarında deyil, eyni zamanda cəmiyyətdə, ailədə və ətraf mühitdə formalşdığına inanır. Samir Vəliyevin rəhbərliyi altında təşkil edilən seminarlar, konfranslar və layihələr gənc nəsilin intellektual inkifaşına böyük təkan verir.
Bir millət vəkili kimi Samir Vəliyev daima öz seçicilərinin yanında olub. Onun seçicilərlə daim əlaqə saxlaması, problemlərini dinləyib çözüm yolları təklif etməsi, xalq arasında onun nüfuzunu daha da artırır. Xüsusən şəhid ailələrinə, qazilərə və sosial tərəfdən yardıma ehtiyacı olanlara daimi olaraq maddi və mənəvi dəstək göstərir. Bu, onun dəyər verdiyi əsas insani dəyərlərdən biridir.
Professor Samir Vəliyevin fəaliyyəti təhsil sahəsinin inkifaşına, gənc nəsilin təlim-tərbiyəsinə və ictimai rifahın artırılmasına istiqamətlənib. O, Heydər Əliyev ideyalarına sadiqliyi, prezident İlham Əliyevin siyasətinə dəstəyi və insanlara olan diqqəti ilə hər zaman örnək bir şəxs kimi tanınır. Professor Samir Vəliyev, “Təhsil millətin gələcəyidir” prinsipinə sadiq qalaraq, təhsilin vacibliyini və onun bir millətin inkifaşındaki rolunu daim vurğulayır.
Hazırladı: Fərid Faiqoğlu
“Xezertv.info”-nun rəhbəri,
AJB-nin üzvü