Xəbər Lenti
Dünən, 19:20
Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Dünən, 17:31
Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Dünən, 17:17
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Dünən, 16:29
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Dünən, 12:13
İş adamı Eldar müəllim: Prezident İlham Əliyev – Müzəffər Ali Baş Komandan, güclü dövlətin memarı
Dünən, 11:23
Ədalət Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, mədəniyyət və milli həmrəyliyin rəmzi
Dünən, 08:53
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Dünən, 08:49
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
Dünən, 08:48
İş adamı Cəbrayıl Cəbrayılov: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Milli birliyin və qələbənin simvolu
Dünən, 08:46
İş adamı Zaur Abdullayev: Prezident İlham Əliyev – Qətiyyət, dövlətçilik və dünya Azərbaycanlılarının birlik rəmzi
Dünən, 08:43
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Dünən, 08:41
Vətənpərvər xanım Lətifə Əhmədova: Prezident İlham Əliyev – Güclü dövlət iradəsinin və milli qürurun təntənəsi
22-12-2025, 16:11
Daxili işlər naziri Vilayət Eyvazovun iştirakı ilə növbəti sıra baxışı keçirildi: 2025-ci ildə minlərlə gənc polis və daxili qoşunlarda xidmətə seçilir
Avtomobillərlə bağlı bu il bizi hansı tələblər və qiymətlər gözləyir?
Ötən il bir çox sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da əhəmiyyətli addımların atılması, müəyyən islahatların həyata keçirilməsi ilə yadda qaldı. Xüsusən də taksi minik avtomobilləri ilə bağlı Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli qərarı ilə təsdiqlənən və 1 iyul 2024-cü ildən qüvvəyə minən "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” ölkədə avtoparkların yenilənməsi, ekoloji çirklənmənin nisbətən azaldılması baxımından labüd addımlardan hesab olunur.
Avtomobil parkının yenilənməsinə əsaslı töhfə verəcək amillərdən biri və demək olar ki, ən önəmlisi isə ötən ilin sonlarında ölkədə utilizasiya prosesinə başlanılması oldu. Bu prosesin başlanılması istismara yararsız hesab olunan avtomobillərin sayının əhəmiyyətli dərəcədə azalmasına, əvəzində daha müasir və ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilməsinə səbəb olacaq önəmli rola malikdir.
Bundan başqa, "yaşıl enerji”yə keçid baxımından ekoloji təmiz avtomobillərlə bağlı müəyyən güzəştlərin, stimullaşdırıcı mexanizmlərin tətbiqi ölkədə daha yeni istehsallı avtomobillərə və elektrik mühərrikli nəqliyyat vasitələrinə marağı birə-beş artırdı. Tələbin artması avtomobil bazarında qiymətlərdə müəyyən dəyişikliyə gətirib çıxardı.
2024-cü ildə baş verənlərin fonunda bu il üçün avtoparkların daha da yenilənməsi və ələxsus da avtomobil qiymətləri ilə bağlı nə proqnozlaşdırılır?
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev Trend-ə açıqlamasında deyib ki, ötən ildə olan bəzi tendensiyalar 2025-ci ildə də davam edəcək.
Onun sözlərinə görə, buna səbəb taksi parkının hələ tam dolmamasıdır:
"Görülən işlərdən bəllidir ki, taksi parkının yenilənməsi başa çatmayıb, davam edir. Bundan başqa, utilizasiya prosesinə də start verildi. Utilizasiyaya başlanılması avtomobil parkının yenilənməsinə təsirsiz ötüşməyəcək. Bu baxımdan, belə proqnozlaşdırıram ki, 2025-ci il ərzində də yerli istehsal avtomobillərə tələb daha çox artacaq.
Tələbin artması öz növbəsində yerli istehsal avtomobillərin qıtlığına gətirib çıxaracağını istisna etmir. Bu da, sözsüz ki, bazarda olan digər avtomobillərə, əsasən də yeni avtomobillərə tələb və marağı artıracaq. Çünki utilizasiyanın əsas məqsədi avtoparkımızın yenilənməsidir.
Yəqin ki, vətəndaşlar da artıq başa düşürlər ki, istehsal ili köhnə olan avtomobillər onların həm büdcəsinə, həm də ekologiyamıza ciddi ziyan vurur. Bu baxımdan, mən 2025-ci ili yeni avtomobillər ili adlandırardım. Çünki artıq əvvəlki illərə nisbətən bu il yeni avtomobillərə marağın daha çox olacağı proqnozlaşdırılır”.
Tətbiq edilmiş tələblərdən sonra istehsal ili daha yeni olan avtomobillərin, xüsusən də yerli istehsallı minik nəqliyyat vasitələrinin alışında daha çox artım müşahidə olunmağa başlandı. Təkcə statistik göstəricilərə nəzər yetirdikdə bunun əyani şahidi ola bilərik.
Belə ki, Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-noyabr aylarında 725,8 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,6% artıb, maşın və avadanlıqların istehsalı 46,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,9% azalıb. 2024-сü ilin yanvar-noyabr aylarında 5225 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2088 ədəd çox minik avtomobili istehsal olunub.
İstehsalla yanaşı, idxalda da nəzərəçarpacaq dərəcədə artımlar qeydə alınıb. Belə ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 114,8 milyon ABŞ dolları dəyərində 2 871 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edib. Bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 134 ədəd (4,9%), dəyər baxımından isə 3 milyon 745 min ABŞ dolları (3,4%) çoxdur.
Bəs görəsən, istehsal və ölkəyə gətirilən nəqliyyat vasitələrinin sayında müsbət dinamikanın olması onun qiymətinə necə təsir göstərəcək?
Eyyub Əliyev bu məsəslə ilə bağlı da öz fikirlərini bölüşüb. O vurğulayıb ki, bu ilin ilk iki rübü ərzində ölkədə avtomobil qiymətlərində hər hansı artım olmayacaq:
"Rəsmi istehsalçılarda heç bir qiymət artımı yoxdur. Əksinə, onlar xidmət keyfiyyətinin artırılması məsələlərinə önəm verirlər. Rəsmi istehsalçıların bu dəqiqə ən başlıca prinsip və məqsədləri zəmanəti və xidmət keyfiyyətini artırmaqdır. Amma rəsmi istehsalçılarda qiymət artımı olmayacaq. Ən azı 2025-ci ilin I və II rübləri ərzində avtomobillərin qiymət artımından söz gedə bilməz”.
"Yalnız logistika xərclərində artımlar olarsa, o halda avtomobillərin qiymətində müəyyən artımları müşahidə edə bilərik. Lakin indiki durumda avtomobillərin qiymətində hər hansı artımın olacağı gözlənilmir”, - deyə E.Əliyev fikrini tamamlayıb.























































