Xəbər Lenti
14-10-2025, 20:23
Vətənpərvər insan, keçmiş Quba Rayon İcra Başçısı Rauf Həbibov: "Dövlətə sədaqət andı, elin adamı"
14-10-2025, 19:25
Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO
14-10-2025, 17:14
Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov: “Peşəkarlıq və sağlamlığın keşikçisi”
13-10-2025, 15:24
İctimai xadim Pərvanə İmamquliyeva: “Almaniyada Azərbaycan diasporu Vətən Azərbaycana sədaqət nümayişi”.
13-10-2025, 10:10
Şahin Mustafayev: "Azərbaycan, İran və Rusiya rəsmiləri sabah infrastruktur obyektlərinə baxış keçirəcəklər"
13-10-2025, 09:39
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb: İlham Əliyev iştirakçılara müraciət edib
13-10-2025, 09:19
Şahin Mustafayev: "2028-dən Şimal-Cənub dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq"
12-10-2025, 16:55
Bakıda 93 ölkənin hakimlərini bir araya gətirən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası keçirilir.
Prezidentin vurğuladığı nəqliyyat problemləri necə həll oluna bilər? (ŞƏRH)
Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Bakı şəhər nəqliyyatındakı problemlərdən danışıb. Prezident nəqliyyat vasitələrinin sayının artdığını, insanların daha çox maşın aldığını, iqtisadi fəallığın artdığını önə çəkib:
"Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.
Prezidentin çıxışını şərh edən nəqliyyat eksperti Yasin Mustafayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün ən böyük problemlərdən biri də vətəndaşların şəxsi nəqliyyat vasitələrinə üstünlük verməsidir:
"Biz nə qədər tədbir görsək də, effektini görə bilmirik. Nəqliyyat vasitələrinin sayı çoxalır. Buna görə də ictimai nəqliyyatın işini optimallaşdırmaqdan söhbət gedir. Prezident daha 10 metrostansiyasının açılacağını bildirib. Bu planın həyata keçiriləcəyi də sürətləndiriləcək. Metronuni işi optimallaşandan sonra interval azalacaq, vətəndaşlar çox gözləməyəcək".

Yasin Mustafayev deyir ki, tıxaclarda boğulmamaq üçün kompleks tədbirlər görülməlidir:
"Tək metro açmaqla olmur. Biz fərdi nəqliyyat vasitələrini azaldıb ictimai nəqliyyata üstünlük verməliyik. Beləliklə, biz hədəfimizə çatacağıq. Bir adamın avtomobili varsa, elə bilir ki, hər yerə onunla getməlidir. O, 1-2 km yol gedəcəksə, həmin yolu piyada gedə bilər. Bu, sağlamlıqdır. Gün ərzində ən azı 6-7 min addım atılmalıdır. Bu kimi məsələləri insanların şürunda formalaşdırmaq lazımdır. Onlar bilməlidir ki, hər yerə fərdi nəqliyyat vasitələri ilə getməli deyillər. Böyük maarifləndirmə işləri aparılmalıdır. Bundan başqa, yeni avtobus zolaqları çəkilir. Avtobus tıxacda olmasa vətəndaşlar baxacaq ki, onlar mənzil başına daha tez çatır. Belə olanda ictimai nəqliyyata üstünlük verəcək".
Ekspert əlavə edib ki, bütün bunlar Avropa və inkişaf etmiş ölkələrin təcrübəsində var:
"Orada nəqliyyat vasitələri bizdə olandan qat-qat çoxdur. Amma onlarda bu qədər sıxlıq, tıxac olmur. Baxırsan ki, nazir, komitə sədri işə velospedlə gedir. Amma bizdə bunu hələ görmürük. Buna görə də kompleks tədbirlərin həyata keçirilməsi vacibdir".
Bahar Rüstəmli