Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
Dünən, 11:21

Faktiki hava açıqlandı

Bu gün imtahan var
Dünən, 11:18

Bu gün imtahan var

Savaşdan qələbəyə
11-07-2026, 16:04

Savaşdan qələbəyə

FHN daha bir təlim keçirdi
9-07-2026, 12:32

FHN daha bir təlim keçirdi

05 Yanvar 2025 12:40Manşet / Gündəm

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik etdi

 

Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.

Qaynarinfo xəbər verir ki, ölkəmizin bütün xristian icmasına cansağlığı və xoşbəxtlik arzulayan dövlətimizin başçısı məktubunda, həmçinin qeyd edib:
 
"Azərbaycanda əsrlərdən bəri xristian dininin mənsubları digər xalqların və konfessiyaların nümayəndələri ilə birgə mehriban dostluq, sülh və əmin-amanlıq mühitində yaşayırlar. Ölkəmizdə etnik-mədəni müxtəlifliyin və zəngin tolerantlıq ənənələrinin qorunub saxlanılması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına qlobal miqyasda dəstək göstərilməsi apardığımız siyasətin başlıca istiqamətlərindəndir.

Cəmiyyətimizdə demokratik, hüquqi dövlətçilik prinsipləri, mütərəqqi dövlət – din münasibətləri bərqərar edilmişdir. Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir. Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”.

Yeniliyin, gələcəyə inamın, insanlar arasında xeyirxahlıq və şəfqət duyğularının rəmzi olan Milad bayramının hər il Azərbaycanda təntənə ilə qeyd edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib:
 
"Qoy bu əziz bayram ailələrinizə sevinc və səadət, süfrələrinizə bol ruzi-bərəkət gətirsin”.