Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Nazirlər Kabinetində işə düzəldəcəyi vədini verib 40 min “atdı”
Bakıda vəzifəyə təyin olunmaq üçün 40 min manat pul verən şəxs dələduzluqla üzləşib.
“Qafqazinfo” xəbər verir ki, 1984-cü il təvəllüdlü Elşən Ağayev barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə iş açılıb.
Məlum olub ki, Elşən tanışı S.Məmmədova onu Nazirlər Kabinetində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncudan 2023-cü ilin yanvar-fevral aylarında Nərimanov rayonunda yerləşən “Margarita” restoranının qarşısında 40 min manat pul alıb. Lakin daha sonra Elşənin yalanı üzə çıxıb. Onun pulları dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edilib.
Bu səbəbdən S.Məmmədov polis əməkdaşlarına müraciət edib. O, Elşənə verdiyi pulun faizini də hesablayaraq 50 min manat tələb edib.
Cinayət işinin başlanmasından sonra Elşən həbs edilib. Onun barəsindəki cinayət işinin materialları Nərimanov rayon Məhkəməsinə göndərilib. Məhkəmədə o, qarşı tərəfə vurduğu ziyanı tam ödəyib.
Məhkəmənin hökmü ilə Elşən Ağayevə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun gecə saatlarında yaşadığı yeri tərk etməsi, ictimai tədbirlərə qatılması qadağan edilib və məhkəmə zalından sərbəst buraxılıb.





















































