Xəbər Lenti
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
28-10-2026, 09:38
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
27-10-2026, 09:44
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
26-10-2026, 14:29
Lənkəran ŞİH başçısı şəhid Elməddin Məmmədli və Ramid Əliyevin məzarını ziyarət edib
26-10-2026, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Şərqin əbədi incisi Diyarbəkir
Türkiyə turizminin önəmli yerlərindən biri olan Diyarbəkir bir tarix şəhəridir. Bu şəhər daş kitabələri xatırladan və turistlərin heyranlıqla izlədiyi abidələrlə doludur. Şәhәr tarix boyu Asiya qitəsinin Mesopotamiyaya açılan qapısı xüsusiyyәtinә malik olub. İpәk Yolu üzәrindә yerlәşdiyi üçün şәrqin әn monumental sarayları, bir-birindәn gözәl körpülәri mәhz bu şәhәrdә inşa olunub.
Diyәrbәkir qalası vә Hevsel bağları şәhәrdә mövcud olan әn әhәmiyyәtli tarixi abidәlәrdәn bәzilәridir. Tarix boyu mövqeyinә görә Mesopotamyanı ələ keçirmək istəyən qüvvәlәrin toqquşmasına səhnə olan şəhər müxtəlif mədəniyyətlərin izlәrini daşıyır.
İlk qala divarının inşasının şәhәrin Hitit və Xurrilərin hakimiyyətində olduğu dövrdə başladığı güman edilir. İndiki qala divarlarının ilk nümunәlәri E.Ә. 2000-ci illәrdә inşa edilmәyә başlayıb.
Diyarbəkir qala divarları Çin səddindən sonra müasir dövrümüzdə salamat qalan ən uzun, müdafiə üçün inşa edilәn tikilidir.
Diyarbәkir şәhәri Emevilәr, Sәlçıqlular, vә Osmanlı dövründә bir-birindәn gözәl tarixi әsәrlәrlә bәzәdilib. Sadәcә dini mәkanlar deyil, ticari vә sosyal mәkanlar da şәhәri bәzәyib.
Diyarbәkir qala divarlarından Diclә çayına doğru qәrb istiqamәtdә Hevsәl bağçaları yerlәşir.. Hevsәl bağçaları altından keçәn Diclә çayı ilә möhtәşәm mәnzәrәyә malikdir.
Bu torpaqlar şәhәr әhalisinin meyvә vә tәrәvәz ehtiyacını qarşılayır. Çox mәşhur Diyarbәkir qarpızları da mәhz bu bağlarda yetişir. Hevsel bölgәsi 180 quş növünә vә saysız vəhşi heyvanın məskənidir. Hevsel bağçaları haqqında yazılan çox sayda türkü vә əfsanә var.
Əsrlər boyunca ərəblər, kürdlər, aramilər, türklər, yəhudilər və zazaların məskunlaşdığı qədim Diyarbəkirin mətbəxi də məhz bu xalqların mədəniyyətlərinin məcmusudur. Mətbəxin əsas ləvazimatları quzu əti, müxtəlif ədviyyatlar, düyü, kərə yağı və yarmadır. Bu səbəbdən Diyarbəkir mətbəxi nisbətən ağır yeməklərdən ibarətdir. Bundan başqa Diyarbəkir lahmacunu, kadayıfı və pendiri ilə də məşhurdur. Ən məşhur yeməkləri qabırğa dolması, içli küftə, çiy küftə, yarma aşı, keşkək və ciyər kababıdır.
Diyarbəkirə il ərzində bir milyondan artıq turist gəlir. Şəhərin özünəməxsus təbiəti var. Havanın quru olması şəhərə gələn turist sayına təsir edir. İlboyu iqlim imkan verir ki, buraya turist gəlsin.























































