Xəbər Lenti
Dünən, 17:13
AİHM-də ekoloji hüquqların zəfəri: Azərbaycan vətəndaş cəmiyyətinin beynəlxalq tarixi uğuru
Dünən, 14:43
ABŞ səhiyyə naziri Trampın zərərli qida vərdişlərindən danışdı: Fastfud yeyir, diyetik içki içir
13-01-2026, 16:04
Kung-Fu Federasiyasında idmançılarla strateji görüş: Beynəlxalq arenaya doğru yeni hədəflər
13-01-2026, 05:22
"Lox-Ness əjdahası" həqiqətən var? - Şotlandiyalı təbiətşünas 52 illik axtarışdan sonra gerçəyi ortaya çıxardı
13-01-2026, 04:57
"Yanğınsöndürənlər üç dəqiqə gec gəlsəydilər, sağ çıxmayacaqdıq" - Masazır sakinləri niyə evlərində rahat yaşaya bilmirlər?
12-01-2026, 11:44
İnsan sağlamlığının keşikçisi: Sumqayıt Şəhər 2 №-li Xəstəxananın Baş Həkimi Arzu Bəndəliyevanın fədakar fəaliyyəti
12-01-2026, 08:48
Bir tele-çıxışda təhrifdən senzura qərarına: Audiovizual Şura TV-ləri tənzimləyir, yoxsa qərarı ilə media azadlığını hədəfə alaraq susdurur?
11-01-2026, 12:28
Arhd.Az saytının idarə heyətinin qərarı ilə Əliyev Məmməd Ağalar oğlu Arhd.Az saytının Azərbaycan Respublikası daxili məsələlər üzrə birinci müavini təyin edilib
Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanın Natiq Qasımovun doğum günüdür.
Qaynarinfo xəbər veirir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov beş gün ac-susuz qalsa da, bayrağımızı əlindən düşürməyib.
N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş "Qaradağ şahinləri” taboruna yazılaraq, Vətənin müdafiəsində iştirak edib.
12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb.
Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən "Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində "Strax” adlı məqalədə təsvir edilib.
Qeyd edək ki, 25 iyun 2024-cü ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.























































