Xəbər Lenti
Bugün, 14:39
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
Dünən, 19:20
Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Dünən, 17:31
Çingiz Mahmudovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə dərin hörmət və ad günü təbriki
Dünən, 17:17
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Dünən, 16:29
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Dünən, 12:13
İş adamı Eldar müəllim: Prezident İlham Əliyev – Müzəffər Ali Baş Komandan, güclü dövlətin memarı
Dünən, 11:23
Ədalət Hacıyev: Prezident İlham Əliyev – Dövlətçilik, mədəniyyət və milli həmrəyliyin rəmzi
Dünən, 08:53
Amil Bağıyev: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın gücü, zəfəri və milli həmrəyliyinin təminatçısı
Dünən, 08:49
Taleh Məmmədov: Prezident İlham Əliyev – Müstəqil Azərbaycanın Zəfər və həmrəylik yolunun lideri
Dünən, 08:48
İş adamı Cəbrayıl Cəbrayılov: Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Milli birliyin və qələbənin simvolu
Dünən, 08:46
İş adamı Zaur Abdullayev: Prezident İlham Əliyev – Qətiyyət, dövlətçilik və dünya Azərbaycanlılarının birlik rəmzi
Dünən, 08:43
Mehman Qəhrəmanov: Prezident İlham Əliyev – Güclü Lider, Güclü Dövlət və Qlobal Azərbaycan Birliyi
Dünən, 08:41
Vətənpərvər xanım Lətifə Əhmədova: Prezident İlham Əliyev – Güclü dövlət iradəsinin və milli qürurun təntənəsi
22-12-2025, 16:11
Daxili işlər naziri Vilayət Eyvazovun iştirakı ilə növbəti sıra baxışı keçirildi: 2025-ci ildə minlərlə gənc polis və daxili qoşunlarda xidmətə seçilir
Dispetçer: Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib
Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer "Terek” (indiki "Axmat”) klubunun keçmiş futbolçusu Əli İdrisov olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat yayıb.
Bildirilib ki, ötən gecə o, şahid qismində dindirilib.
İdrisov ilkin ifadəsində əmin olduğunu söyləyib ki, o, təyyarə yerə enən zaman hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə insidentdən beş dəqiqə sonra məlumat alıb.
İdrisov PUA-nın hücumu və hava hücumundan müdafiə sisteminin fəaliyyəti barədə heç bir təsəvvürünün olmadığını iddia edib.
O, insidenti ekipajın verdiyi məlumatlara əsaslanaraq son ana qədər quş sürüsü ilə toqquşma kimi qiymətləndirib.
Əli İdrisovun sözlərinə görə, Xalça planının tətbiq edilməsi ona 22-ci dəqiqədə (08:21 radələrində), yəni təyyarə ekipajının hava gəmisinin vurulduğu barədə məlumat verdikdən sonra məlum olub, hansı ki, bu səhvən quş sürüsü ilə toqquşma kimi qəbul olunub.
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar çərçivəsində dispetçer Əli İdrisovdan başqa, Qroznı aerodromunun uçuş direktoru Camlail Bakanayev də dünən axşam dindirilib.
Camlail Bakanaev ilkin ifadəsində əmin olduğunu söyləyib ki, bütün sistemlər işlək vəziyyətdə olub və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb.
Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.
Bakanayev də "Xalça” planının tətbiqi barədə məlumatın insident baş verəndən sonra alındığını təsdiqləyib.
Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 35 nəfər həyatını itirib.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın Hava Hücumundan Müdafiə Sistemi vasitələri tərəfindən vurulub. Eyni zamanda Radioelektron Mübarizə Vasitələri tərəfindən təyyarəyə xətər yetirilib və hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.























































