Xəbər Lenti
Bugün, 08:05
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
Dünən, 21:08
Bir qrup sayt rəhbəri, tanınmış media nümayəndəsi və teleekspert Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olundu
3-05-2026, 20:38
Kung-Fu Federasiyasında yeni təyinatlar və klub lisenziyalarının təqdimatı keçirilib
2-05-2026, 20:56
İctimai müzakirə: dilənçilik yoxsa sənət? – ekspertlərin və YYSİB sədri, ictimai xadim Aydın Xan Əbilovun fikirləri haçalandı…
2-05-2026, 20:54
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib: YYSİB təkliflərlə çıxış etdi
2-05-2026, 20:48
May ayında evliliklər uğursuz olur? YYSİB sədri, ictimai və mədəniyyət xadimi, kulturoloq Aydın Xan Əbilovdan maraqlı açıqlamalar
Prezident və birinci xanım vida mərasiminə əklillər göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasiminə əklillər göndərib.
"Report" xəbər verir ki, əklillər həlak olan üç ekipaj üzvü - gəmi komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva cənazələrinin yanına qoyulub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.
























































