Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
QARTAL ƏFSANƏSİ – ƏFSANƏYƏ DÖNƏN ÖMÜR!

Şəhid, Azərbaycanın qəhrəman oğlu 1993-cü il Ağdərə uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elşən Zakir oğlu Əsgərovun əziz xatirəsinə…
Şəhid Əsgərov Elşən Zakir oğlu. 27 dekabr 1960-cı ildə Gəncə şəhərində andan olub. 1993-cü ildə Qarabağın azadlığı uğrunda gedən Ağdərə döyüşlərində batalyon komandiri olaraq vuruşurdu. Tarixdən bəllidir ki, Ağdərə döyüşləri hərb tarixinin ən qanlı, ağır döyüşlərindən biri kimi səciyyələndirilir. Bu döyüşlərdə yüzlərlə igid oğullarımız canlarından keçmiş, torpaq uğrunda, ana vətən naminə and içərək qəhrəmanlıq dastanı yazmışlar. Şəhidimiz Elşən Əsgərov ağır döyüşlərdə öz şücaəti, cəsarəti naminə imkan verməmişdir ki, əsgərlərindən birinə belə xəsarət toxunsun. Bu ölüm-dirim cihadında özünü düşmən tankının qabağına verərək batalyonu müdafiə etmiş, özü isə şəhadətə ucalmışdır. Bəli, Azərbaycanın qəhrəmanlıq salnaməsinin şərəfli səhifələrindən birini yazmış, Azərbaycanın igid oğlu Elşən Zakir oğlu Əsgərov. Vətən göylərində dolaşan göyərçin qanadlı azad ruhlardan biri... 2020-ci il sənin də narahat ruhunu sevindiyi tarix oldu. Vətənimiz azad oldu. Azadlıq yolunda canından keçən sizin kimi igidlərdən miras qalan şücaəti göstərdi igid ordumuzun qəhrəmanları. Yeni nəsil sizin şücaətinizə baxdı və öyrəndi. Siz öyrətdiniz onlara, Vətəni necə sevərlər. Onlar isə öyrəndilər, Vətəni ölümünə sevərlər. Bu gün sənin cənnətdəki mövlüdündü. Heç vaxt unutmadıq, unutmayacağıq sizin Vətən uğrunda etdiklərinizi.
Ruhun şad olsun, əziz QƏHRƏMANIMIZ.
Hörmətlə anırıq,
“Siyasət və Gerçək Uğur”, “Xezertv.info”-nun redaksiyasının kollektivi























































