İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Xırdalanda müəllim direktoru məhkəməyə verdi - Foto+Yenilənib
Xırdalan şəhər 2 saylı tam orta məktəbin riyaziyyat müəllimi Vəfa Həziyeva məktəbin direktoru Gülnaz Kərimovanı və tədris hissə müdirini xüsusi ittiham qaydasında məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsinə müraciət edən müəllim direktorun və tədris hissə müdirinin Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cəzalandırılmasını tələb edib.
V.Həziyeva direktorun onu şagirdlərin və məktəb işçilərinin yanında təhqir etdiyini, ləyaqətini alçaltdığını deyib.
Həmçinin məlum olub ki, müəllimlə direktor arasında bir müddətdir narazılıq var və V.Həziyeva məktəb rəhbəri barəsində mətbuatda da tənqidi fikirlər səsləndirib.
Abşeron Rayon Məhkəməsi V.Həziyevanın müraciətində Cinayət Prosessual Məcəlləsinin bəzi tələblərinin pozulması, təqdim edilmiş sənəd və sübutların tam olmaması qənaətinə gəlib. Bu səbəbdən ərizə icraata qəbul edilməyib.
***
Abşeron-Xızı Regional Təhsil İdarəsi bildirilib ki, Vəfa Həziyevanın çalışdığı dövrdə məktəbdaxili davranış qaydalarına zidd hərəkətlər etməsi ilə bağlı İdarəyə daxil olan müraciətə əsasən məsələ ilə bağlı araşdırma aparılıb:
“Aparılan araşdırma nəticəsində Təhsilverənlərin etik davranış qaydalarını pozduğuna görə qanunvericiliyin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə 4 noyabr 2024-cü il tarixində xitam verilib.
Qeyd edirik ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi əsas prioritetlərdəndir, prosesə nəzarət edilməsi regional təhsil idarəsi tərəfindən diqqətdə saxlanılır”.
Fotoda: Vəfa Həziyeva
























































