Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Vatsapda müdirinin şəklinin üstünə təhqir yazıb paylaşdı - Cəzalandırıldı
Dövlət qurumlarından birinin Lənkəran rayonunda yerləşən regional mərkəzinin rəhbəri öz işçisindən xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib.
“Qafqazinfo” xəbər verir ki, məmur şikayətində rəhbərlik etdiyi qurumun əməkdaşı Asif Ramazanovun (ad və soyadlar şərtidir) Cinayət Məcəlləsinin 147 və 148-ci (Böhtan və təhqir) maddələrinə əsasən cəzalandırılmasını tələb edib.
Vəzifəli şəxs öz işçisinin onun barəsində vatsapda təhqiramiz ifadələr işlətdiyini, fotosunu ədəbsiz formada montaj edərək “… müəllim anqırır”, “kiss my … … müəllim” kimi ifadələr yazdığını bildirib.
Şikayətçi bildirib ki, Asiflə münasibətləri 2023-cü ilin dekabr ayınadək normal olub: “Asif əvvəllər baş mühəndis işləyib, sonradan hansısa problemi olduğu üçün aşağı vəzifəyə keçirilib. Daha sonra gecə saat 23:30-da qurumun Bakıdakı rəhbər şəxsinin telefonuna vatsapla səs atdığı üçün ona iradımı bildirdim. Belə ki, xidmət rəisi mənimlə əlaqə saxlayaraq həmin hadisəyə görə mənə iradını bildirdi, mən də öz növbəmdə Asifi çağıraraq ona irad tutdum. Bundan sonra Asifi vatsapda blokladım. Bu səbəbdən mənim barəmdə etdiyi əvvəlki paylaşımları görməmişəm. Amma əvvəllər də telefonu vasitəsilə bu tip paylaşımlar edib. Sonra G.Kərimova adlı işçi mənə dedi ki, “utanırıq, Asifin qarşısını alın, o, barənizdə pis şeylər, görüntülər paylaşır”. Cavabımda bunlardan məlumatsız olduğumu bildirdim”.
Mərkəz rəhbəri qeyd edib ki, məsələ ciddiləşəndən sonra Asifin atası idarəyə gələrək üzrxahlıq etmək istəyib: “Lakin mən onu qəbul etmədim, düşündüm ki, oğulun etdiyi hərəkətə görə atası üzr istəməməlidir. Bundan sonra bir neçə dəfə xəbər göndərdi ki, onu bağışlayım”.
Araşdırmalar zamanı məlum olub ki, həmin paylaşımlardan sonra Asif Ramazanov işdən çıxarılıb. O, ifadəsində müdirinin fotolarını paylaşdığını etiraf edib, lakin şəkillərin üstündəki yazıların özü tərəfindən yazılmadığını, onu cəzalandırmaq üçün təşkil edildiyini deyib.
Lənkəran Rayon Məhkəməsi Asif Ramazanovun təhqir maddəsi üzrə cəzalandırılmasına hökm edib və ona 1000 manat cərimə kəsilib.























































