Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
ƏDALƏTİN ALİ ÜNVANINA — ALİ MƏHKƏMƏNİN PEŞƏKAR FƏALİYYƏTİNƏ VƏ MÜLKİ KOLLEGİYANIN ƏDALƏT MÜHAKİMƏSİNƏ TÖHFƏLƏRİNƏ YÜKSƏK QİYMƏT
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
“Evimə basqın edib məni vurmaq istəyirdilər” - Neymar
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun braziliyalı hücumçusu Neymar 2023-cü ilin yayında PSJ-dən niyə ayrıldığını açıqlayıb.
“Qafqazinfo” bu barədə “RMC Sport”a istinadən xəbər verir.
“PSJ-dən ayrılmaq qərarına gəldim, bundan dərhal sonra “Əl-Hilal”dan təklif aldım. Mən artıq Parisdə xoşbəxt deyildim. Klub və məşqçi məni komandada istəmirdi. Mənimlə bu barədə danışmışdılar, ona görə də qərar verməli oldum. “Əl-Hilal”ın təklifini bəyəndim. Bu klubu, yerli mədəniyyəti və çempionatı tanıdım”, - Neymar deyib.
Braziliyalı ulduz fransız azarkeşlərin ona qarşı münasibətinə toxunub:
“Birinci il möhtəşəm keçdi, fransız xalqı və tərəfdarları məni çox yaxşı qarşıladılar. Son iki-üç il əvvəlki kimi olmadı. Tərəfdarların mənə aqresiv münasibəti, xüsusən də evimə gələndə, basqın etmək, təhqir etmək və ya vurmaq istədikləri zaman bir az üzüldüm.
Kluba qarşı heç bir incikliyim yoxdur, sadəcə olaraq klubu idarə edən insanlara və bəzi tərəfdarlara qarşı incikliyim var. Amma bu keçmişdə qalıb. Karyeramda ən çox vaxt keçirdiyim klubdur – 6 il. Həm çox gözəl, həm də kədərli anlar yaşadım. Təəssüf ki, tərəfdarlarla münasibətim daha çox kədərli məqamlardan biridir. Amma idman səviyyəsində oynadığım ən yaxşı futbol idi. Buna görə də xoşbəxtəm və bununla bağlı vicdanım təmizdir”.
Xatırladaq ki, Neymar 2023-cü ilin avqustunda “Əl-Hilal” a keçib. Daimi zədələr səbəbindən braziliyalı Səudiyyə klubunun heyətində cəmi 7 oyun keçirib, bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.






















































