Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
BMT TŞ Suriya ilə bağlı bəyanat yaydı
BMT Təhlükəsizlik Şurası Suriyada 2254 saylı qətnamənin əsas prinsipləri əsasında inklüziv siyasi prosesin aparılmasına çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının yaydığı bəyanatda deyilir.
Şura üzvləri BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geyr Pedersenin bu prosesin asanlaşdırılmasında səylərini dəstəklədiklərini bir daha təsdiq ediblər.
Bəyanatda bütün suriyalıların qanuni istəklərinə cavab verən, onları qoruyan və gələcəklərini sülh yolu ilə, müstəqil və demokratik şəkildə müəyyən etməyə imkan verən bir prosesin zəruriliyi vurğulanıb.
Şura, həmçinin Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyib və bütün dövlətləri bu prinsiplərə hörmət etməyə çağırıb.
“Böyük ümid var ki, Suriya indi sülhə, iqtisadi sabitliyə, böyüməyə və ədalətə doğru irəliləmək üçün real şansa malikdir”, - bəyanatda deyilir.























































