“Böyük Qayıdış” Gənclər Təşkilatı ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı silsilə tədbirlər keçirib
Azərbaycan əmək bazarında qeyri-bərabərlik - Dünya Bankının statistikası nə deyir?
Hikmət Hacıyev: Qarabağ müharibəsi zamanı erməni mənbələr süni şəkildə yaradılmış təsvirlərdən istifadə edirdi
Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın yeni qalibiyyətləri
Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsində qalib gələcəyinə şübhə ola bilməz
Zalov İmza Tv Alyans’ın təsisçisi
Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov
Avropanın ürəyində birdaha sübut etdi ki Azərbaycan öz müddəalarında sonunadək Haqlıdır.
Zalov İmza Tv Alyans’ın təsisçisi( Beynəlxalq Hüquq Eksperti: İsmayıl Zalov Rəsmi səfərində: Fransa Strazburg da yerləşən Avropa İnsan Haqları Məhkəməsində çıxışları zamanı bir çox mövzuya diqqət yetirib. O Azərbaycanın uzun illərdir təsdiqlənməyən BMT 4- qətnaməsi, təcəvüzkar ermənistanın Dağlıq qarabağda etdiyi vəhşiliklər, Qondarma Dağlıq Qarabağ Respublikasının Azərbaycanın Dədə-baba torpağı olan ərazilərə necə zərər verdiyi haqda sərt çıxışlarda iştirak edib.Eyni zamanda, Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində Ali Məhkəmə tərəfindən həyata keçirilən tədbirlər, “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası”nın kontekstində, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin perspektivləri baxımından qərarların əsaslandırılması ilə bağlı məsələlərin müzakirəyə çıxarıldığı qeyd edib. İsmayıl Zalov Rəsmi səfəri zamanı Azərbaycan Xüsusi Hüquq Mühafizə orqanlarının avropaya necə nümunə olduğunu ( daxili və xarici vətəndaşların təhlükəsizliyinin, hüquqlarının qorunmasının təşkilinin) avropaya necə nümunə olduğunu birdaha sübut edib. Azərbaycanın xüsusi tıhlükəsizlik orqanların xarici və daxili vətəndaşlara xidmətinin Ümumdünya təhlükəsizlik endeksində üst pillələrdə olmasının bir nümunəsidir.
“Çıxışı zamanı 30 il işğal altında qalmış, dağıdılmış və viran qoyulmuş bir ərazinin indi gedin baxın görün Cənab prezident xalqına necə xidmət edir, əsl Lider belə olmalıdır” sözüylə birdaha Azərbaycanın haqlı olduğunu sübut etmişdir.
O bildirib ki, ölkəmizdə ədliyyə sisteminin təkmilləşdirilməsi uzun illərdir dövlət fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib və bu sahədə intensiv işlər davam etdirilir. Buna bariz nümunə kimi, Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı göstərmək olar.
ölkəmizdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və tətbiqi əslində məhkəmə sisteminin müasirləşdirilməsinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Bu sahədə əsaslı nailiyyətlər əldə olunub. Şərqdə ilk demokratik respublika olan Azərbaycan insan hüquq və azadlıqlarına hörmət və digər əsas demokratik ideyalara sahib qalaraq, onları həyata keçirməyi özünün məqsədi elan edib. milli məhkəmələr bütövlükdə insan hüquqlarının müdafiəsində səmərəli vasitə kimi çıxış etməlidir. Ali Məhkəmədə baxılan işlərdə insan hüquq və azadlıqlarının pozulub pozulmaması yoxlanılmalı, pozulmuş hüquqlar bərpa olunmalıdır. Ali Məhkəmə, həmçinin milli hüququn insan hüquq və azadlıqları haqqındakı müddəalarının milli səviyyədə tətbiqi zamanı hüquqi mövqeyin formalaşdırılması, bu müddəaların Konvensiyanın və Avropa Məhkəməsinin presedentləri əsasında şərhi və tətbiqi üçün zəmin hazırlamalıdır.
Azərbaycan dövləti konkret dörd istiqamətdə Ermənistan tərəfini günahlandırır. Birincisi, qeyd olunur ki, 30 ilə yaxın müddətdə Ermənistan tərəfi Azərbaycan dövlətinin Qarabağ hissəsini və 7 ətraf rayonu işğal etməklə Azərbaycan vətəndaşlarının beynəlxalq hüquq və eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunan hüquqları pozulub. Bu hüquqlar hansılardır? Birincisi insanların yaşamaq hüququdur. İkincisi insanların işgəncə və qeyri- insani rəftarlara məruz qalmasıdır. Dini – etiqad azadlığının pozulması, şəxsi və ailə hüququnun, sərbəst hərəkət etmək, mülkiyyət hüququnun pozulmasıdır. Bu iddialar artıq beynəlxalq ictimaiyyət tərəfindən də qəbul eilib. Çünki 30 ilə yaxındır ki, bu bölgədən olan soydaşlarımız bütün hüquqlardan məhrum olub. İddiada, eyni zamanda, qeyd olunur ki, Azərbaycan vətəndaşlarının itkin düşmüş 3min 890 nəfərin taleyi bu gün də məlum deyil və Ermənistan tərəfi onların taleyinin araşdırılması üçün hər hansı addım atmır. Mən oxuculara məlum olsun deyə, qeyd edirəm ki, bu 3 min 890 nəfət itkin düşənlər 44 günlük Vətən müharibəsi zamanı deyil, Birinci Qarabağ savaşı dönəmindən bugünədək itikin düşənlərdir.
Məlum olduğu kimi, təcavüzkar Erməsnistan havadarlarının dəstəyi ilə Azərbaycanın rayonlarnı və yaşayış məntqələrini işğal etdkcə, soydaşlarımızı əsir və girov götürüblər. Mən 15 ildən artıq idi Əsir və itgin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü olmuşam. Biz, hətta o dövrlərdə də 3- cü dövlət, Qırmızı xaç təşkilatları və digər təşkilatlar vasitəsilə Ermənistana sorğu göndərir, itkin düşmüş insanların taleyi ilə bağlı məlumatlar verilməsini, girovların qaytarılmasını tələb edirdik. İtkin düşənlərin çox cüzi hissəsi tapılıb qaytarıldı, ancaq 3 min 890 nəfər haqqında indiyədək heç bir məlumat verilməyib. Ona görə də həmin şəxslər bizim tərəfimizdən itkin düşmüş hesab olunurlar. Bu da iddiada ös əksini tapıb.
İddianın ikinci istiqaməti üzrə Azərbaycan tərəfi haqlı olaraq, 2020- ci ilin iyul təxribatı ilə bağlı Ermənistan tərəfindən Tovuz istiqamətində baş vermiş təxribatda yenə də vətəndaşlarımızın Avropanın İnsan Hüqulqarı Konvensiyasının tələbləri ilə hüquqlarının pozulması məsələsini qoyub.
Ücüncüsü 44 günlük Vətən müharibəsinə aid olan məslələrdir. Bu arada, qeyd olunur ki, 44 günlük müharibə Azərbaycanın Qələbəsi ilə başa çatsa da, müharibə dövründə Ermənistan tərəfi qeyri- insani rəftar, eyni zamanda, ən böyük humanitar hüquq olan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozmuş və döyüş bölgələrindən kənarda olan ərazilərimizi, yaşayış məntəqələrimizi ağır artilleriydan, uzaq ballestik raketlərdən atəşə tutmuş, həm fosforlu bombalardan, həm də digər qadağan olunmuş silahlardan istifadə edib. Bunun nətiəsində, 93 mülki şəxsimiz həlak olub. Onlardan 12-i uşaq, 28 -i qadın olmaqla, 423 nəfər isə yaralıdır. Onların da yenə də 104 –ü qadın, 5- i uşaqdır. Bunlar da iddiada öz əksini tapıb. Ümumilikdə , vurlan bütün zərər Ermənistandan tələb olunur. Təbii ki, gələcəkdə diğər faktlar və məlumatlar iddiaya əlavə olunacaq.
Dördüncü də yenə Ermənistan tərəfindən işğal nəticəsində ərazilərin minalanması və dağıdılmış şəhərlərin, kəndlərin olması və ötən il 10 noyabr bəyanatından sonra Ermənistan ərazsindən silahlı birləşmələrin Dağlıq Qarabağa göndərilməsilə bağlı Azərbaycan vətəndaşlarının haqlı olaraq, bu ərazilərə geri qaytarılmasının, məskunlaşması çətinləşməsidir.
Zalov İmza Tv Alyans’ın təsisçisi
Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov