Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
Nadir İsmayılovun xaricdəki hesabında 5,4 milyon var imiş
Səkkiz il əvvəl fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin 10 il həbs cəzasına məhkum edilmiş sədri Nadir İsmayılovun Böyük Britaniyadakı bank hesabında 2.5 milyon funt-sterlinq (5,4 milyon AZN) pul olduğu müəyyən edilib.
Bu barədə “Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub.
Azərbaycanın Maliyyə Monitorinqi Xidməti belə bir hesabın olduğunu öyrənib və aidiyyəti üzrə məlumat verib. Xətai rayonu icra şöbəsi isə həmin hesaba həbs qoyulması üçün məhkəməyə təqdimat verib.
Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. N.İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. Bu səbəbdən onun Bakının müxtəlif ərazilərində olan daşınmaz obyektləri, o cümlədən lüks avtomobilləri müsadirə edilmişdi.
Sail Ağasəlim























































