Xəbər Lenti
26-06-2026, 19:30
Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
26-06-2026, 18:30
"Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov: Qalib Ordumuz – Güclü Azərbaycanın qürur salnaməsi
26-06-2026, 18:09
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Şanlı Azərbaycan ordusu – dövlətimizin gücü, xalqımızın qüruru
26-06-2026, 18:00
Qax rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 İyun- Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon tədbiri keçirilib.
26-06-2026, 15:02
Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
26-06-2026, 12:50
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
26-06-2026, 12:46
“Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
25-06-2026, 23:19
Zərniyar Kərimova: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü milli qürur və qəhrəmanlıq bayramıdır”
25-06-2026, 23:03
Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
25-06-2026, 22:47
Xezertv.info-nun rəhbəri Fərid Faiq oğlu Səfərov: 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü, qürur və şərəf bayramıdır
Əsədin devilməsindən kimlər istifadə edəcək? (ŞƏRH)
"Suriyada proseslər Bəşər Əsədin devrilməsi və dövlətin süqutu ilə nəticələnsə, bu hadisə regionda parçalanma və dağıntılara səbəb olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu deyib.
Ekspert bildirib ki, Yaxın Şərq ölkələrinin hazırkı sərhədləri böyük ölçüdə Qərb dövlətləri tərəfindən çəkildiyi üçün kövrəkdir, dağılmağa çox meyillidir:
"İraq nümunəsi bunu göstərdi. Əgər Suriyada proseslər Bəşər Əsədin devrilməsi və dövlətin süqutu ilə nəticələnsə, o zaman bu hadisə regiona təsir edəcək. Çünki əvvəla nəzarətdən kənar silahlı qruplar bölgə üçün təhdid yaradacaq və nizam yaratmaq zaman alacaq. İkincisi, ölkə daxilində parçalanma baş verə, yeni ərazilər meydana çıxa bilər. Kürdlər böyük ehtimalla muxtariyyət əldə edəcək ki, bu da digər region ölkələrinə - İraq, Türkiyə və İrana da təsir edəcək. Livan üçün ciddi təhdid yaranacaq, ola bilsin ki, silahlı qarşıdurma baş verdi. İsrail ilə münasibətlər məlum deyil, bir qrup hazırda İsraillə yaxındır, dəstək alır. Amma sabah hakimiyyətə gələcək yeni qüvvələrin Kolan təpələri məsələsinə necə baxacaqları da məlum deyil".

Qeyd edək ki, Suriyada müxalifətin artıq bir həftədən çox davam edən hücumu və onların əldə etdiyi uğurlar bir çox ərəb ölkələrini də narahat edir. Bu barədə "The Wall Street Journal" məlumat verib.
BƏƏ və Qətər Bəşər Əsəd rejiminin çökməsilə onun yarada biləcəyi regional qeyri-sabitlikdən narahatdır. Bu da onu göstərir ki, digər ərəb ölkələri Suriyadakı vəziyyətin onlara da təsir edəcəyindən əndişələnirlər.
Rüfət Sultan






















































