Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
İsmayıl Zalovdan Leyla Əliyevaya doğum günü münasibətilə səmimi təbrik və xoş Arzuları
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
Sumqayıtda yaşayış binasında güclü partlayış - Foto + Yenilənib
Sumqayıtda yaşayış binasında partlayış olub.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınıb.
Əraziyə təcili təcili tibbi yardım və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.
***
DİN Mətbuat xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.
Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi üçün və digər zəruri tədbirlər davam etdilir.
***
Fövqəladə Hallar Nazirliyi Sumqayıtdakı partlayışla bağlı məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.



























































