Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
“Ümid edirəm, Tramp bu barədə fikrini dəyişəcək” - Bayden
ABŞ Prezidenti Cozef Bayden Birləşmiş Ştatların yeni seçilmiş lideri Donald Trampın Kanada və Meksikadan idxal olunan bütün mallara rüsum tətbiq etmək planlarını həyata keçirməyəcəyinə ümid etdiyini bildirib.
“Qafqazinfo” bu barədə “Reuters”ə istinadən xəbər verir.
“Ümid edirəm, o, fikrini dəyişəcək. Düşünürəm ki, bu, qeyri-məhsuldar tədbirdir”, - Bayden deyib.
"Biz Sakit Okean, Atlantik Okeanı və iki müttəfiqimiz, Meksika və Kanada ilə əhatə olunmuşuq. Etməli olduğumuz son şey bu münasibətləri korlamağa başlamaqdır", - o əlavə edib.
Qeyd edək ki, Tramp “Truth Social” sosial şəbəkəsində rəsmi səlahiyyətlərinin icrasına başladıqdan sonra ilk gündən ABŞ-yə Kanada və Meksikadan daxil olan bütün mallara 25 % rüsum tətbiq etmək niyyətində olduğunu bildirib. O həmçinin Çindən gələn məhsullara isə əlavə 10 faiz gömrük rüsumu tətbiq edəcək. Onun sözlərinə görə, bu tədbirlər ABŞ-yə qaçaqmalçılıq yolu ilə narkotik daşıyan və Birləşmiş Ştatlarda cinayətkarlıq səviyyəsini artıran minlərlə insanın axını ilə bağlıdır.























































