Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
27 sentyabr Azərbaycan tarixində xalqımızın milli iradəsini, vətən sevgisini və dövlətçilik əzmini nümayiş etdirən mühüm və unudulmaz tarixdir
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Putin illər əvvəl sevimli pivəsinə görə sammitə gecikib
Rusiya Prezidenti Vladimir Putin 2007-ci ildə Almaniyada keçirilən “Səkkizlər Qrupu”nun (red. - 2014-cü ildən sonra G7) sammitinə sevimli alman pivəsinə görə gecikib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel öz xatirələrində danışıb.
“Operatorlar canlı söhbətimiz zamanı bizi lentə ala bildiklərinə görə çox sevindilər. Yalnız bir nəfər yox idi: Vladimir Putin. Dözə bilmədiyim şeylərdən biri gecikməkdir. Zahirən sakitliyimi ifadə edərək başqaları ilə danışmağa davam etdim”, - Merkel xatırlayır.

Onun sözlərinə görə, görüşdən əvvəl Putin xoşladığı pivəsindən bir qutu otağına çatdırılmasını istəyib. Keçmiş kansler Putinin təxminən 45 dəqiqə gecikdiyini deyib.
Rusiya lideri “günah”ın pivədə olduğunu bildirib.
Qeyd edək ki, Angela Merkel 2005-2021-ci illərdə Almaniya kansleri vəzifəsində çalışıb.






















































