Strasburqda Azərbaycanın hüquqi səsi — İsmayıl Zalov beynəlxalq platformada yüksək qiymətləndirildi
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
Daşkənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti ilə ATU-da rektorun görüşü keçirilib
Qəlblərə nur saçan həkim – Uzman doktor, psixiatr Zaur Qasımovun insanlıq və peşəkarlıq portreti
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Albaniyanın Himara şəhər bələdiyyyəsinin sədri Vangel Tavo ilə görüşüb.
Avroviziyada buna görə sonuncu olduq — YYSİB sədri, ictimai və mədəniyyət xadimi, yazıci-kulturoloq Aydın Xan Əbilovdan sərt tənqid
ATU-da magistratura səviyyəsinə yeni və aktual ixtisaslaşmalar üzrə qəbul yerləri elan olunub
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin növbəti regional iclası keçirilib
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
Azərbaycan Ədliyyə sisteminin xalqımızın müstəqillik ugrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır.Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki,Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır. Həmçinin ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə baglı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Rusiyanın Xİ Qızıl Ordusu tərəfindən işgal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, qanunsuzluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq,Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni əsasnaməsi təsdiq edilmiş,onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur. Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və Ümummilli Lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərancamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.Bu ənənə cənab Prezident İlham Əliyev tərəfindən də hakimiyyətdə oldugu dövrdən bəri hər il davam etdirilir. Məndə Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədovu və onun rəhbərlik etdiyi bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və işlərində ugurlar, yeni-yeni müvəffəqiyyətlər arzulayıram. Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, cənab Prezident İlham Əliyev Ədliyyə sisteminə daima diqqət mərkəzində saxlayır və ədliyyə işçilərinə qaygı göstərir. Bizdə bütün ədliyyə işçiləri adından cənab Prezidentimiz İlham Əliyevə diqqət və qaygısına görə dərin təşəkkürümüzü bildiririk.
Hörmətli Ədliyyə işçiləri!
Sizi 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm! Hüququn aliliyinin təmin olunmasında, ədalətin qorunmasında və vətəndaşların hüquqlarının müdafiəsində göstərdiyiniz fədakar fəaliyyət hər zaman yüksək qiymətə layiqdir.
Azərbaycan ədliyyə sistemi dövlətimizin inkişafı və hüquqi cəmiyyətin qurulmasında mühüm rol oynayır. Sizin peşəkarlığınız, prinsipiallığınız və vətəndaşlara diqqətiniz hüquq islahatlarının uğurlu reallaşmasında əvəzsizdir.
Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, ailə səadəti və işlərinizdə davamlı uğurlar arzulayıram. Hüququn və ədalətin keşiyində dayanmaq kimi şərəfli missiyanızda sizə daim müvəffəqiyyət diləyirəm!
Peşə bayramınız mübarək olsun!
FuadSəfərov
Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu























































