“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Hamilə olan Əfsanə evdən qovmaması üçün diz çökərək ərinə yalvarsa da...
Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın məhkəməsi yekunlaşıb.
“Qafqazinfo”nun məlumatına görə, hələ ilkin istintaqın sonunda Əfsanənin ittihamı yüngülləşdirilib.
Buna səbəb isə ekspert rəyləri ilə təqsirləndirilən şəxsin əməlinin güclü ruhi həyəcan-fizioloji affekt vəziyyətində törətməsinin sübuta yetirilməsi olub. İstintaq orqanının qərarı ilə Əfsanəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə verilmiş ittiham eyni məcəllənin 122.1-ci (qəfil baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
İttihamın dəyişməsi ilə bağlı Əfsanənin işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.
Əfsanəni ərini öldürməyə nə vadar edib? Qandonduran təfərrüat…
Bundan əvvəlki yazılarımızda Əfsanənin cinayət törədərkən hamilə olması, övladını həbsdə dünyaya gətirməsi ilə bağlı məlumat vermişdik.
.jpg)
İş materiallarından görünür ki, elə Əfsanənin əri Ağahüseyn İmanovu öldürməsinin səbəbi də övladı ilə bağlı olub. O, kişinin ikinci həyat yoldaşıdır. Ərinin əvvəlki evlilikdən iki övladı var. Əfsanə Ağahüseynə qoşulub qaçıb, molla kəbini ilə ailə qurublar.
Evlilikdən 6 ay sonra Əfsanə hamilə qalıb. Elə münasibətlər də bundan sonra korlanıb. Əfsanə övladını dünyaya gətirmək istəsə də, əri bunun əleyhinə olub. O, dəfələrlə arvadından abort etdirməsini tələb edib. Bununla bağlı tez-tez mübahisə ediblər.
Mərhum əvvəl arvadını evdən qovmaq istəyib, əks halda uşağını məhv etməsini tələb edib. Əfsanə qarşısında diz çökərək hamilə olduğuna görə ona evdən qovmaması üçün yalvarıb. Bu vaxt əri külqabı ilə onun başına vuraraq yüngül xəsarət yetirib.
Bundan sonra cütlük arasındakı münasibətlər daha da kəskinləşib, Ağahüseyn hamiləliyini sonlandıracağı hədəsi ilə bıçaq götürərək arvadının üstünə gəlib.

Əfsanə ifadəsində deyir ki, özünü və bətnindəki körpəsini müdafiə etməsi üçün üstünə hücum çəkən ərinin əlini cırmaqlayıb, bıçağı ondan alıb. Geri çəkilsin deyə bir dəfə bıçaqla onun ayağından vurub. Amma Ağahüseyn tabe olmayıb, qadının hamiləliyini sonlandıracağı ilə bağlı qəti fikirdə olub. Həmin an keçirdiyi stresin təsirindən və situasiyanı adekvat qavramadığından əlindəki bıçaqla ərinə müxtəlif nahiyələrdən 14 dəfə zərbə vurub: “Mən ona dedim... Dəfələrlə dedim ki, bu sənin də övladındır. Sən atasısan, yad deyilsən. Polisə şikayət edəcəyimlə hədələdim, yenə qorxmadı”.
“Uşaq sağ qalıb?” - son nəfəsində sualı bu olub...
Əfsanin dediyinə görə, baldızı onlarla eyni həyətdə yaşayıb. Amma hadisədən sonra onu çağırmayıb. Qorxub ki, qardaşını bu vəziyyətdə görüb ona nə isə edər. Əri isə qan içində yerdə uzanarkən son nəfəsində ondan “uşaq sağ qalıb?” deyə soruşub. Nəyə görə bu sualı verdiyini bilməyərək əvvəl başı ilə təsdiq edib, amma bir-iki dəqiqə sonra uşağı da itirdiyini deyib.

Özünü də öldürmək istəyib...
Ərinin öldüyünə əmin olduqdan sonra Əfsanə intihara cəhd edib. Evdə olan siçan dərmanını içib. Bir az sonra bətnində övlad daşıdığı üçün intihar etməsinin düzgün olmadığını düşünərək çoxlu su içməklə dərmanı qaytarıb. Son olaraq atasına zəng edib, ərini öldürdüyünü bildirib. Atası da polisə məlumat verib.
Əfsanə son sözündə məhkəmədən azyaşlı övladına görə yüngül cəza verilməsini xahiş edib.

Amma qətlə yetirilən Ağahüseynin ailəsi deyilənlərlə razı deyil. Hüquqi varis və digər yaxınlar hesab edir ki, Əfsanə ərini qısqanclıq zəminində qəsdən öldürüb. Onlar ittihamın dəyişməsinin əleyhinə olduqlarını, Əfsanənin 120.1-ci (9 ildən 14 ilə kimi) maddə ilə təqsirli bilinməsini istəyiblər.
Sonuncu iclasda hökm oxunub.
Hakim Rəşad Mustafayev istintaq orqanının elan etdiyi sonuncu ittihamı əsaslı hesab edib. Təqsirləndirilən şəxsin həqiqətən də hadisəni affekt vəziyyətində törətdiyini bəyan edib. Hökmə əsasən, Əfsanə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əvvəli 2023-cü ilin avqustun 11-dən hesablanır.
Bununla da Əfsanənin 1 il 3 ay çəkilməmiş cəzası qalıb.
Sail Ağasəlim























































