Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
10-11-2026, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

21 Dekabr 2022 03:15Hadisə

Tanışını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.

Beyləqan Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.