Vaqif Abdullayevin rəhbərliyi ilə Beyləqan rayonunun inkişaf yolu və sosial rifahın yüksəlişi
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
“Əminəm ki, bu razılaşma Bakıda əldə olunacaq” - Quterreş
“Zənginlər problem yaradır, yoxsullar ən yüksək bədəli ödəyir. “Oxfam” təşkilatının məlumatına görə, milyarderlər bir saat yarım ərzində orta statik bir insanın ömrü boyu hasil edəcəyi qədər karbon emissiya edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılışında deyib.
Onun sözlərinə görə, karbon emissiyası sürətlə azaldılmasa və adaptasiya sürətləndirilməsə, hər bir ölkə iqtisadiyyatı daha böyük zərərlə üzləşəcək. Bununla belə, Baş katib sözügedən prosesdə ümidin olduğunu diqqətə çatdırıb.
Quterreş qeyd edib ki, Oksford Universiteti və BMT-nin İnkişaf Proqramı tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, dünya üzrə insanların 80 faizi iqlimlə bağlı daha çox tədbirlərin olmasını istəyir: “Alimlər, aktivistlər və dəyişiklik tələb edən gənclərin səsi duyulmalıdır”.
İqlim maliyyəsi ilə bağlı razılaşmanın əhəmiyyətindən danışan BMT rəsmisi bildirib: “COP29 iqlim maliyyəsi ətrafında divarları dağıtmalıdır. İnkişaf etməkdə olan ölkələr Bakını boş əllə tərk etməməlidir. Razılaşma mütləqdir. Və mən əminəm ki, bu razılaşma əldə olunacaq”.
O vurğulayıb ki, iqlim maliyyəsi xeyriyyə deyil, yatırımdır.
Günel İbrahimova























































