Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

12 Noyabr 2024 09:44Manşet / Sosial

“Biz ayın sonunu gözləmədən pensiyaları ödəyirik”

 

“Bu gün biz bütün pensiyaları avansla ödəyirik”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Pensiya ödənişlərinin gecikdirilməsi ilə bağlı iddialara cavab verən nazir qeyd edib ki, həmin ayın pensiyası ayın sonunda ödənilməlidir: “Sadəcə Azərbaycan hökumətinin növbəti humanist addımı ondan ibarətdir ki, biz ayın sonunu gözləmədən pensiyaları ödəyirik. Ümumiyyətlə, pensiyalar sosial sığorta haqlarının hesabına ödənilən vəsaitdir. Sosial sığorta haqlarının toplanmasına uyğun olaraq da ayın bəlli dövrlərində pensiya fondu tərəfindən elan verilir və müvafiq ərazilər üzrə ödənişlər həyata keçirilir.

Bir daha deyirəm ki, ödənişlər ayın sonunda ödənilməli olduğu halda ayın 10-15-i arasında bir qisim ərazilərimiz, 15-20-si arasında bir qisim ərazilərimizdə həyata keçirilir. Hər halda vaxtında ödəsək, bu o deməkdir ki, ayın sonunda ödəməliyik, bu da əhalimizin ziyanına olacaq”.

Gülnar Əliyeva