Menu
Xəbər Lenti
Paşinyan Fransaya getdi
Dünən, 11:46

Paşinyan Fransaya getdi

Şuşadan ailə - Fotosu
8-11-2026, 21:40

Şuşadan ailə - Fotosu

ZƏFƏRƏ GEDƏN YOL
8-11-2026, 12:53

ZƏFƏRƏ GEDƏN YOL

11 Noyabr 2024 08:38Manşet / Gündəm

Dövlət rəsmilərinin Bakıya səfəri davam edir - Yenilənir

 

İndoneziyanın xüsusi nümayəndəsi Haşim Cocohadikusumo COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Lixtenşteyn Knyazlığının Baş naziri Daniel Riş ölkəmizdə səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Kuala Lumpur şəhərinin qubernatoru Maimuna Mohd Şarif Azərbaycanda səfərdədir.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend də ölkəmizə səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Kuk Adalarının Baş naziri Mark Braun Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.