Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

07 Kas 18:19Manşet / Cəmiyyət

Nazim Eynallı: “Möhtəşəm Zəfər Təntənəsi”

 

Eynallı Nazim Hüseyin oğlu,
AAYDA 19 N-li Xüsusi Təyinatlı Yol İstismar MMC-nin Direktoru


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edən bu tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan olundu. Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür..!

Tarixi Zəfərə gedən yol məhz, Lələtəpə yüksəkliyindən başladı..

44 günlük Vətən müharibəsi  Azərbaycan dövlətinin hərb tarixinə, qəhrəman xalqımızın yaddaşına qızıl hərflərlə yazıldı!
 

Bəli, 2020-ci ilin sentyabr ayı qəribə bir aura ilə başladı. Xalqımızda mübarizə əzmi, döyüş ruhu, qisas hissi baş qaldırdı. Mənfur Ermənistanın ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabrdan etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlandı.
44 gün boyunca davam edən haqq savaşımızda tarixi qəhrəmanlıq salnaməsi yazıldı. Elə həmin müddət ərzində bütün xalqımız ayaq üstə idi, kiçikdən böyüyə hər kəs vətən adına səfərbər olmuşdu. Eləcə də, hər bir insanımız öz durduğu yeri sanki özünün səngəri, özünün qoruyacağı nöqtə bilirdi, insanlardan barıt qoxusu gəlirdi.. Heç şübhəsiz, bütün bu milli birliyimizi yaradan isə mənəvi gücümüz idi. Xalq, Ordu, Rəhbər birliyi gücü.. Xalqımız ordumuza mənəvi cəhətdən dayaq oldu. Beləliklə, “Ordum varsa, yurdum var” ifadəsi vətən müdafiəçilərini döyüşə ruhlandırdı.                                                               Ən ümdəsi də o idi ki, parlaq Zəfərə aparan haqq savaşımızda xalqımızla ordumuz bir vəhdət olaraq Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunun ətrafında sıx birləşdilər. Bu birlik xalqımıza Parlaq Qələbə sevincini gətirdi və yaşatdı.. 30 il sonra tarixi həqiqətə aparan yol açıldı.. Əlbətdə ki, bu yol məhz, Qarabağa aparan yol idi. Nə xoş ki, bu yol ilə qürurla getməyi Allah bizlərə də qismət elədi.. Bəli, Füzulinin mənfur düşmən tərəfindən dağıdılmış ərazilərindən keçərək, Xocavəndin sıx meşələrlə örtülmüş qayalı dağlarını aşaraq Xocalıdan keçib, əzəmətli dağların qoynunda uzanan tarixi Zəfər yolu ilə Şuşa şəhərinə çatmaq çox qürurlu və sevinc dolu gözəllik oldu. Təbii ki, heç vaxt unudulmayacaq, hər daim gözümüzün önündə bir mənzərə canlanacaq. Bəli, bu mənzərə qəhrəman şəhidlərimizin, qazilərimizin döyüşlərdəki şücaəti olacaq... Bugüm o müqəddəs yerlərdə şəhidlərimizin ruhları dolaşır, əlbətdə ki, ordakı dağlarda, daşlarda onların axıdılan qanları, ayaq izləri və Qarabağın havasında nəfəsləri var. Günü bugün də, elə bil Qarabağımızın dumanlı dağlarında dolaşan şəhidlərimizin ruhları bizləri salamlayır.. Bu mənada, müqəddəs şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında və qəlbində hər daim yaşayacaqdır.

Onu da qeyd edim ki, tarix boyu xalqların və millətlərin taleyində, onların formalaşmasında, dünyadakı yerinin müəyyənləşməsində dahi şəxsiyyətlərin danılmaz rolu olub. Tarixin ən çətin anlarında kimsəsiz qalan bir xalqı həmin sınaqdan üzüağ çıxara biləcək ən vacib amil o xalqın həmin şəraitdə inana biləcəyi bir qəhrəmanın olmasıdır. Sözsüz ki, bu qəhrəmanın qəbul edəcəyi qərara xalqın inam göstərməsi ən vacib şərtdir. Ancaq bəzi şəxsiyyətlər vardır ki, bəşəriyyət onları bütöv bir tarix yazmaq üçün bu dünyaya bəxş edir. Fəxarət hissi ilə bildiririk ki, belə dahilərdən olan Ümummilli Lider Heydər Əliyevin xalqımızın tarixində olan misilsiz xidmətləri bu gün, bütün dünya xalqlarına məlumdur.
Ulu Öndərin bütün təlatümlərdən, təhlükələrdən çıxaraq qurub-yaratdığı Azərbaycan dövləti, indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm bir yüksəliş və qəhrəmanlıq nümayiş etdirir. Onu da vurğulayım ki, Azərbaycanın beynəlxalq imicinin yüksəlişinə təsir edən amillərdən biri də onun dinamik inkişafıdır. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Ulu Öndər Heydər Əliyev siyasəti təkcə tarixə çevrilmiş uğurlarımızın deyil, həm də gələcək nailiyyətlərin xəbərçisi, həlledici əsasıdır. Bəli, tarixin amansız sınaqlarına dözə bilməyərək dünyanın müxtəlif ölkələrində yaşamağa məcbur olan həmyerlilərimizin birlik və həmrəylik əldə etməsi uğrunda müstəsna xidmətlər göstərmişdir Ümummilli Lider Heydər Əliyev. Bu gün müasir, müstəqil Azərbaycanın dövlət qurucusu olan dünya şöhrətli bu şəxsiyyət bütün azərbaycanlıların qürur mənbəyidir.

Məlumdur ki, qüdrətli və möhkəm dövlət olmaq üçün mütləq azadlıq və müstəqilliyin olması əsas şərtdir. Tarix boyu bütün çətinliklərə sinə gərən xalqımız bu gün əmindir ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir. Bəli, Azərbaycan dövləti bu gün müstəqildir, dünya dövlətləri sırasında qürurla öz inkişafını nümayiş etdirir. Hal hazırki dövrdə dövlətçilik ənənələrinin qorunmasına, möhkəmlənməsinə, iqtisadiyyatın inkişaf etdirilməsinə, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirilir. Müasir, müstəqil Azərbaycan dövləti bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətləri siyahısındadır.

Bu gün həm də, azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa işləri aparılır.
İşğaldan azad olunan ərazilərimizdə aparılan quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Müharibədən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma və bərpa işlərinə başlanması dediklərimizi bir daha təsdiq elədi.
Bütün bu uğurların önündə cənab Prezident İlham Əliyevin düzgün qurulmuş iqtisadi siyasəti dayanır.


www.AzadMedia.az