“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
İş adamı Cəbrayıl Cəbrayılov: “Ümummilli Lider Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində əbədi imzadır”
Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov: “Ulu Öndər Heydər Əliyev və neft strategiyası”
YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov: “Heydər Əliyev – müasir Azərbaycan modeli və dövlətçilik strategiyasının müəllifi”
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının Terapiya Şöbəsinin müdiri Lamiyə Nəsibova: “Ulu Öndər Heydər Əliyev və tibb sahəsində uğurlar”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova: “Ulu Öndər Heydər Əliyev - Azərbaycan səhiyyəsinə layiqli xidmətin nümunəsi”
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
İpək Yol MMC-nin rəhbəri Qəzənfər Niftəliyev: “Mən fəxr edirəm ki, Ulu Öndər Heydər Əliyevin dövrünün ziyalıları ilə çiyin-çiyinə çalışıram”
Xeyriyyəçi, vətənpərvər sahibkar xanım Zərniyar Kərimova: “Ulu Öndər və Azərbaycan qadını”
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov beynəlxalq tibb konqresində məruzə ilə çıxış edib
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi açıqlama
Şəhid Əfqan Nəsirovun 4-cü ildönümü qeyd edildi

44 günlük Vətən müharibəsində istər ön cəbhədə, istərsə də arxa cəbhədə vətənin qeyrətli övladları öz şücaətlərini, igidliklərini göstərdilər. Ön cəbhədə qəhrəman oğullarımız Vətənimizin ərazi bütövlüyünün bərpa edilməsində öz qanları, canları bahasına qarış-qarış Vətən torpaqlarını düşmən tapdağından azad etdilər. Belə oğullardan biri də 29.03.2001-ci ildə Sabuncu rayonu Zabrat 2 qəsəbəsində zəhmətkeş bir ailədə dünyaya göz açmış qəhrəman, igid, Vətənpərvər Şəhid Nəsirov Əfqan Ramil ogludur.
"Qanunyolutv.az" xəbər verir ki, Əfqanın hələ uşaq ikən Vətənə, torpağa sevgisi sonsuz olub. Eləcədə onun arzusu hərbçi olmaq imiş. Bəli, bu arzu, bu sevgi və istək onu arzusuna çatdırdı. Vətən müharibəsi başlayanda Əfqan Füzulidə xidmət edirdi. Tarixi Zəfərlə başa çatan 2-ci Vətən müharibəsində xalqımızın minlərlə qəhrəman övladları iştirak etdilər. Bəli, belə igidlərimizdən biri də Vətənin müdafiəsi üçün sinəsini sipər edərək, şəhidlik zirvəsinə yüksələn Şəhid Nəsirov Əfqan Ramil oğlu idi. Onun ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın düşməndən azad olunması idi. Bu istəklə döyüşlərə qatılan Əfqan böyük şücaət göstərib, əzmlə vuruşurmuş.

Şəhidin anası Kəmalə xanım İsmayılova çıxışında dedi ki, Əfqan hər zaman Vətənə bağlı olmuşdur. O, şərəflə döyüşərək torpaqlarımızın azadlığı uğrunda canından keçdi. Nəhayət, Əfqan 30 ilə yaxın həsrətində olduğumuz işğalda olan torpaqlarımızı erməni qəsbkarlarından canı - qanı bahasına azad edərək qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldı. Kəmalə xanım onuda əlavə etdi ki, genaralımız Azərbaycanın Milli Qəhrəmanı Şəhid Polad Həşimovun ölümü oğlumu çox sarsıtmişdı, çox təsir etmişdi. Hər gün deyirdiki ana mən poladımızın qanını yerdə qoymacağam, onun qisasını o şərəfsizlərdən alacağam. Belə qəhrəman oğulun anası olduğum üçün fəxr edirəm. Bu sözləri məhz şəhidin anası Kəmalə xanım qürur hissiylə bizlərə çatdırdı.

Hörmətli oxucularımız 21.10. 2024 - cü il tarixində şəhidimiz Əfqan Nəsirov Ramil oğlunun cənnətdəki şəhadət günü qeyd edildi. Şəhidin anası Kəmalə xanım, Sabunçu rayonu Zabrat Bələdiyyə sədri Nailə xanım Nəsirova, eləcədə onun rəhbərlik etdiyi kollektiv, qəsəbə nümayəndiliyi, şəhidin xalaları, dayısı oğlu Rüstəm, qazimiz 1-ci Qarabağ müharibəsi veteranı, Şəhid bacısı Zara xanım Rəsulova, "Qanunyolutv.az"-ın kollektivi və Şəhidi sevən hər kəs bu tədbirdə iştirak etdilər. Tədbirdə ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildilər. Sonra şəhidimizin məzarına gül dəstələri qoyuldu və şəhidlərimizin ruhuna dualar edildi.

Daha sonra ziyarətə gələnlər Şəhid Əfqan Nəsirovun evinə gəlib onun ev muzeyinidə ziyarət etdilər. Sonda isə gələn qonaqlar Şəhidin anası Kəmalə xanım tərəfindən Əfqanın adına açılan ehsan süfrəsinə dəvət olundular. Süfrə arxasında da şəhidimizin anası, yaxınları Əfqanın uşaqlıq və məktəb illərindən, onun xatirələrindən danışıldı.
Nəzərinizə çatdırım ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Əfqan Nəsirov Füzuli döyüşlərində savaşıb. Oktyabrın 12-si Füzulidə şəhidlik zirvəsinə ucalıb. Şəhid Əfqan Rəsul oğlu Nəsirov Zabratda torpağa tapşırılıb.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli sərəncamı ilə Əfqan Nəsirov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əfqan Nəsirov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
P.S. Sonda məndə "Qanunyolutv.az" saytının rəhbəri olaraq kollektivimiz adından Şəhid anası Kəmalə xanıma, qızı Aytən xanıma, qohumlarına, yaxınlarına, eləcədə Şəhid Əfqan sevərlərə Allahdan səbr diləyir, azərbaycanımızda daima sülh-əminamalıq olmasını, bir daha analarımızın gözü qalmamasını Allahdan arzu edirəm.


ALLAH CƏMİ ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
"QanunyoluTV.az" təsisçi və baş redaktor: Arif Süleymanlı
İcraçı direktor: İradə xanım Şirinova























































