Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
Rübail Nəsibov– sahibkarlıq uğurlarını xeyirxahlıq və vətənpərvərliklə tamamlayan ziyalı iş adamı
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının XII konfransı keçirilib.
Maya Sandu seçkilərdə qalib gəldi - Yenilənib
Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, respublikada seçki məntəqələri yerli saatla 21:00-da bağlanır.
Həmin saata olan məlumata görə, seçici fəallığı 54% (təxminən 1,6 milyon seçici) olub və səsvermənin etibarlı hesab edilməsi üçün keçilməli olan 20%-lik həddi keçib.
Qeyd edək ki, respublika MSK adətən səsvermə başa çatdıqdan sonra bir neçə saat ərzində ilkin nəticələri elan edir.
***
MSK-nın məlumatına görə, Moldovada keçirilən prezident seçkilərində ölkənin keçmiş baş prokuroru, rusiyayönümlü Sosialistlər Partiyasından namizəd Aleksandr Stoyanoqlo 52,02%, hazırkı dövlət başçısı Maya Sandu 47,98% səs toplayıb.
Hələlik protokolların 76%-i işlənib.
***
Prezident seçkilərinin ikinci turunda Moldovanın hazırkı prezidenti Maya Sandu 50,12 faiz, Aleksandr Stoyanoqlo 49,88 faiz səs toplayıb.
Bu ilkin proseslər Moldova MSK tərəfindən protokolların 92%-i işləndikdən sonra dərc olunub.
***
Moldovada keçirilən prezident seçkilərinin ikinci turunun ilkin nəticələri açıqlanıb. Yerli MSK-nın açıqladığı nəticəyə əsasən, seçki protokollarının 98,92% faizi sayılıb və Moldovanın hazırkı prezidenti Maya Sandu ikinci turda qalib gəlib. O, 55,04 faiz, rəqibi Aleksandr Stoyanoqlo isə 44,96 faiz səs toplayıb.























































