Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür
Ə.Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib. 1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib. Prezidenti 16 mart 2005-ci il tarixli Sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub. 27 mart 2006-cı il tarixli sərəncamla Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb. 2011-2019-cu illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib. Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
Dövlət başçısının 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib. Dövlət başçısının 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.
Cənab Prezidentin 7 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilib.
O, təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, dövlət başçısının 09.12.2020 il tarixli sərəncamı ilə "Zəfər" ordeni ilə təltif olunub.
Əli Nağıyevi bir daha ürəkdən təbrik edir, ona can sağlığı, uzun ömür, çətin və şərəfli işində uğurlar arzulayıram.
Zalov İmza Tv Alyansın təsisçisi ( Beynelxalq Hüquq Eksperti ) İsmayıl Zalov























































