Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
MemurTV.az İnformasiya Agentliyinin mövqeyi: "Stimul Hospital"la bağlı yayılan məlumatlara dair açıqlama
Xeyirxahlığı, peşəkarlığı və vətəndaş mövqeyi ilə seçilən peşəkar rəhbər – "Stimul Hospital" klinikasının rəhbəri Bəxtiyar Ələkbərli
“Bank Respublika” 2026-cı ilin ilk yarımilində mənfəətini, kapitalını və kredit portfelini artırıb
Dövlətə sədaqətlə xidmət edən rəhbər – Kəmaləddin Heydərovun 65 illik yubileyinə ithaf
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi Sosial Tərəfdaş Layihəsi çərçivəsində "Endirimli Pensiyaçı Günləri" kampaniyası keçiriləcək!
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Əmbərçay kəndində səyyar qəbul keçirib
Dörd nəfər onu axtarmağa gedəndə həlak olmuşdu...
Xəbər verdiyimiz kimi, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha yeddi şəhid dəfn olunacaq.
“Qafqazinfo”nun məlumatına görə, bunlardan biri də Məmmədov Şahid Sabir oğludur.
1993-cü ildən itkin düşmüş hesab olunan Şahid, Məmmədovlar ailəsinin ilk itkisi deyil.
Belə ki, həmin ildə oğlunun itkin düşmə xəbərini alan Şahidin atası Sabir Məmmədov qardaşı və iki qohumu ilə birlikdə Ağdərəyə onu axtarmağa gediblər. Lakin 1993-cü ilin aprelində içərisində 4 nəfərin olduğu avtomobil Ağdərə ərazisində minaya düşüb. Nəticədə maşında olan hər dörd nəfər həyatını itirmişdi.
Mərhumlar Şəkinin Orta Zəyzid kəndində torpağa tapşırılıb. Şahid Məmmədov isə 31 il sonra noyabrın 1-də Şəki rayonu Orta Zəyzid kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Emin Səfərov























































