Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Rusiyada nüvə silahı ilə təlimdən - Görüntülər
Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə strateji nüvə çəkindirmə qüvvələrinin təlimini keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Təlim zamanı dövlət başçısı Kremldəki idarəetmə mərkəzində olub. Təlimlər zamanı nüvə raketləri buraxılışları məşq edilib.
Putin vurğulayıb ki, nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün vacib tədbirdir və Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil.
“Artan geosiyasi gərginliyi, yeni xarici təhdidlərin və risklərin meydana çıxmasını nəzərə alaraq, daim döyüşə hazır olan müasir strateji nüvə qüvvələrinin olması vacibdir. Biz onların bütün komponentlərini təkmilləşdirməyə davam edəcəyik. Bunun üçün resurslar var”, - deyə Rusiya lideri qeyd edib.
Təlimdən görüntüləri təqdim edirik:






















































