Xəbər Lenti
Dünən, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
Dünən, 10:44
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
1-11-2026, 19:09
Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
“Trampı həbs etməliyik” - Bayden
“Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp həbs edilməlidir”.
“Qafqazinfo” “Fox News”a istinadən xəbər verir ki, bunu ölkənin hazırkı Prezidenti Co Bayden Demokratların Nyu-Hempşir ştatındakı qərargahında çıxışı zamanı deyib.
“Biz onu həbs etməliyik. Tramp siyasi cəhətdən “bağlanmalıdır”. Bilirəm ki, qəribə səslənir. Əgər mən bunu beş il əvvəl desəydim, məni içəri salardınız”, - Bayden bildirib.
O, həmçinin ABŞ demokratiyasının təhlükə altında olduğunu vurğulayıb. Eyni zamanda, siyasətçi orada olanları Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə nə baş verəcəyi barədə düşünməyə çağırıb.























































