Xəbər Lenti
Dünən, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
21-10-2026, 11:54
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Messi bu göstəricidə Ronaldodan geri qalır
Argentina millisinin üzvü Lionel Messi yığma komandada vurduğu qolların sayını 112-yə çatdırıb.
“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı hücumçu ötən gecə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Boliviya ilə matçda het-trik edərək buna nail olub.
Nəticədə Messi milli komandaların bombardirləri arasında 2-ci yerə yüksəlib. O, hazırda yalnız Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodan 21 qol geri qalır. Kriştianonun aktivində 133 qol var.
Messi Argentina yığmasında 189, Ronaldo isə Portuqaliya millisində 216 oyun keçirib.
Bundan başqa, argentinalı milli komanda səviyyəsində 10-cu dəfə het-trik edərək, əzəli rəqibi Ronaldonun rekordunu təkrarlayıb. Ümumilikdə isə Messi karyerası ərzində 58, Ronaldo isə 66 dəfə het-trik edib.






















































