Menu
Xəbər Lenti
FHN təlim keçirdi
12-09-2026, 11:08

FHN təlim keçirdi

Nazirdən daha bir təyinat
12-09-2026, 10:37

Nazirdən daha bir təyinat

Bəzi yollarda tıxac var
11-09-2026, 10:06

Bəzi yollarda tıxac var

Putin Hindistandadır - Video
11-09-2026, 09:31

Putin Hindistandadır - Video

15 Oktyabr 2024 07:28Manşet / İdman

Tez-tez tualetə getdi - Fırıldağı üzə çıxdı

 

Rumıniyanı təmsil edən ukraynalı şahmatçı Kirill Şevçenko İspaniyada keçirilən yarış zamanı telefondan istifadə etdiyinə görə çempionatdan kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Chess.com” məlumat yayıb.

Belə ki, onun görüş zamanı tez-tez tualetə getməsi yarış iştirakçılarında və təşkilatçılarda şübhə yaradıb. Daha sonra tualetdə telefon aşkarlanıb. Hakimlər onun Kirillə məxsus olduğunu bildiriblər.

22 yaşlı qrossmeysterin turnirin keçirildiyi yerin tualetində mobil telefondan istifadə etdiyi üzə çıxıb.

Bu səbəbdən Şevçenkonun turnirdəki bütün nəticələri ləğv edilib. Məlumata görə, o, ittihamları rədd edib.